22:45 04.10.2019 1526

"Bildirdik ki, "bayraq" orada olmamalıdır" - Qurban Qurbanov

"Oyunda hər şey istədiyimiz kimi alındı. Qələbə qazanmaq və üç xal əldə etmək üçün istəkli idik. Hər şey bizim tərəfimizdə idi. Matçda bir az gərginlik yaşandı. Buna baxmayaraq sona kimi intizamlı oyun sərgilədik, qalib gəlmək üçün meydanda ən yaxşısını etdik".

B fikirləri jurnalistərə açıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Lüksemburqda "Düdelanj" üzərində 4:1 hesablı qələbə qazandıqları Avropa Liqasının II tur matçı barədə danışarkən deyib.

47 yaşlı mütəxəssis bildirib ki, klub rəhbərliyi həmin qarşılaşmada baş verən təxribatla bağlı UEFA-ya müraciət edib: "Ötən il "Arsenal"la matçdan sonra da müraciət oldu. Dünən UEFA nümayəndələri orada idi. Şifahi şəkildə hamıya etirazlar bildirildi. Bu elə bir təxribatdır ki, bəlkə də UEFA məsələ ilə bağlı bizdən daha çox maraqlıdır. Çünki qurumun bayrağı altında keçirilən turnirdir. Onlar həmişə istəyirlər ki, oyunlarda hər şey qaydasında olsun, intizamlı olsunlar. Komandalar oyunlarını ən yüksək səviyyədə keçirsinlər. Bizim klub rəsmiləri sərt şəkildə etirazları bildirdi. "Düdelanj" rəhbərliyinə və UEFA nümayəndələrinə iradlar çatdırıldı. Belə halları dünya futbolunda görmüşük, rast gəlmişik. Amma hər bir halda daha diqqətli olmalı və öz işlərini düzgün qurmağa çalışmalıdırlar. Yazılı formada gələn həftə UEFA-ya müraciət olunacaq. Etirazlarımız göndəriləcək. Bununla klub rəhbərliyi məşğul olacaq".

Təcrübəli mütəxəssis Lüksemburqdakı görüşə davam etməmə ehtimalından da danışıb: "Oyunu davam etdirdik, amma UEFA nümayəndələri və "Düdelanj" rəhbərliyi qarşısında bəzi şərtlər qoyduq. Bildirdik ki, "bayraq" orada olmamalıdır. Hər bir halda idman qaydalarına əməl etməliyik. Düşünürəm ki, istədiyimizi öncə tələb etdik, sonra isə əldə etdik. Oyunu davam etdirə bildik".

Qurbanov son dəqiqələrdə hücumçu Maqeye Qeyeni oyuna buraxmasına da aydınlıq gətirib: "Bizim belə prinsipimiz var. 90 dəqiqə nizam-intizamı qoruyub saxlamaq çox çətindir. İlk dəqiqələrdə oyunçulardan nələri tələb ediriksə, sonradan meydana çıxanlar da bunları etməlidir. Durumu daha da yaxşılaşdırmağa çalışmalıdırlar. Bu bəzən alınır. Məni sevindirən odur ki, oyunçular bunu dərk edirlər. Bacardığımız qədər hücum etmək və qol vurmaq istəyirik. Əlbətttə ki, qol buraxmamaq şərti ilə. Hər an qol da burax bilərik. Amma idman prinsiplərinə hər zaman əməl etməliyik.

Məşqçi "Təxribat kollektivə necə təsir edəcək" sualına belə cavab verib: "İstəmirik ki, belə hadisələr olsun. Düşünürəm ki, belə hadisələr çox futbolçuların böyüməsinə gətirib çıxarır. Böyük təcrübə toplayırlar və özlərini daha peşəkar hiss etməlidirlər. Belə təxribatlara hazır olmalıdırlar. Ola bilər ki, bu kimi hallar mənfi təsir göstərsin. Amma bunun da faydası olacaq. Özümüzü daha soyuqqanlı aparmalıyıq. Lazım olan fikirlərimizi də bildirdik. İndi çox şeyi demək və açıqlamaq olmur. Dünən həqiqətən bütün kollektiv hərəkətli idi. Təkcə meydandakı oyunçular yox, klubdakı hamı. Hamımız birlikdə idik. Həqiqətən bizim birliyimizi daha çox gördülər". (Qol.az)
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X