"Bu oyunu udmaq yaxşı olardı. Bu cür həyəcanlı keçən oyundan 1 xalla ayrıldıq".
Fanat.Az xəbər verir ki, bu sözləri "Zirə”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının VII turunda "Qəbələ” ilə oyundan (1:1) sonra deyib.
Baş məşqçi oyunla bağlı fikirlərini bildirib: "İlk hissədə də epizodlarımız vardı. İstifadə edə bilsəydik, daha yaxşı olardı. İkinci qolu vurduqdan sonra da vaxtımız oldu. Rəqibin sıx oynamağı bizə problem yaratdı. Bir az da gücümüz çatmadı".
Abasov kapitan Cavid Hüseynovun əsas heyətdən kənarda qalmasının səbəbini açıqlayıb: "Bizdə 21 yaş limitində oynayan 2 futbolçu var. Sadəcə, Rafael Məhərrəmlinin hərarəti vardı. Dünən baş verəndən sonra çalışdıq ki, bir şey edək. Ancaq sağalmasını çatdıra bilmədik. Buna görə taktiki dəyişiklər etməyə məcbur olduq və Cavidi yalnız ikinci hissədə meydana buraxdıq".
Fanat.Az