"Oyun planlaşdırdığımız kimi keçdi. Komandanı psixoloji hazırlamaq bir az çətin olsa da, məncə, psixoloji baxımdan eniş yaşamadıq. "Zirə" güclü komandadı".
Fanat.Az xəbər verir ki, bu sözləri "Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının VII turunda "Zirə” ilə heç-heçə etdikləri oyundan (1:1) sonra deyib.
Baş məşqçi oyunla bağlı fikirlərini bildirib: "Hesab oyuna görə oldu. Hər iki komandanın imkanları var idi. Komandanın oyunundan razıyam. İstədiyimiz əzmkarlıqdı, onu da görürük. Oyundan-oyuna istədiklərimizi görürük".
"Rasim Ramaldanov artıq əməliyyat olunub. 4-5 ay futboldan uzaq qalacaq. David Volkova iradımız yoxdu. Sadəcə, fürsətləri dəyərləndirə bilmir. Gələcək oyunlarda yaxşı olacaq" deyə Baxşıyev bildirib.
Fanat.Az