15:10 11.06.2013 854

Millimizin baş məşqçisi: "Komandamızda boşluqlar var"

Azərbaycanın U-19 millisinin baş məşqçisi Arif Əsədovun Qol.Az saytına müsahibəsi

- Milli komandamız DÇ-2014-ün seçmə mərhələsində doğma meydanda Lüksemburqa qalib gələ bilmədi. Oyun haqda fikirlərinizi bilmək istərdik.

- Hamımız millimizdən qələbə gözləyirdik. Hiss olunur ki, futbolçularda da istək çox idi. Amma ilk 10-15 dəqiqədə qol vursaydıq, onda istədiyimiz nəticəni qazana bilərdik. Hətta 2-3 qol da vura bilərdik. Ancaq vaxt uzandıqca rəqibdə də özünəinam yarandı. Ona görə də ikinci hissə başlayanda futbolçularımız oyunu itirmişdi. Vaxt sıxlığı yarananda oyunçular istənilən kimi çıxış edə bilmir. Qol vurandan sonra hesabı qoruya bilmədik. Nəticədə oyun 1:1 hesabı ilə başa çatdı. Əlbəttə, öz meydanımızda Lüksemburqa qalib gəlməli idik. Futbolçularımıza heç cür haqq qazandırmaq olmaz.   Çünki Lüksemburq elə bir rəqib idi ki, qələbə qazanmağa borclu idik.

- Ancaq Lüksemburq da bizi güclü saymır. Çünki 1:1 hesabına sevinmirdilər. Sanki Bakıdan qələbə ilə getmək istəyirdilər.

- Biz Lüksemburqu zəif hesab edirik. Ancaq onlar da bizim haqqımızda elə düşünür. Məncə, eyni səviyyəli komandalardır. Ona görə də onlar burdakı heç-heçəni minimum nəticə kimi qəbul edirlər. Həm də rəqib son dəqiqələrdə qol imkanlarından istifadə etsəydi, qalib də gələ bilərdi. Bu baxımdan da sevinməyə bilərlər.

- Bir mütəxəssis kimi komandamızın Lüksemburqa qalib gələ bilməməyinin səbəblərini nədə görürsünüz?

- Komandada boşluqlar hiss olunur. Hələ ki, sabit heyət yoxdur ki, futbolçular bir-birini yaxşı başa düşsün. Hər dəfə 2-3 yeni oyunçu ilə meydana çıxanda belə olmalıdır. Hiss olunur ki, futbolçular bir-birini anlamırdı. Qələbəni əldən verməyimizin əsas səbəbi isə qol imkanlarından istifadə etməməyimiz oldu.

- Artıq neçə oyundur ki, komandamız doğma meydanda da qalib gələ bilmir. Sizcə, bu uğursuzluğun günahı kimdədir?

- Məncə, təqsiri həm baş məşqçi, həm də futbolçularda axtarmaq lazımdır. Bunları bir-birindən ayırmaq olmaz.

- Çoxları hesab edir ki, Berti Foqtsun getmək vaxtıdır.

- Daha yaxşısını futbolu idarə edənlər bilər.

- Hər bir ev oyununda azarkeşlər Berti Foqtsu istefaya səsləyir. Buna münasibətiniz necədir?

- Bizdə bəzən istefa şüarının lazım olmayanda da səsləndirirlən. Mən “Neftçi”də baş məşqçi olanda komanda altı ildən sonra çempion olmuşdu. Amma Çempionlar Liqasında “Dinamo” (Zaqreb)  ilə öz meydanımızda qarşılaşmanın 60-cı dəqiqəsində, hesab açılmayan bir vaxtda bir qrup azarkeş istefa şüarı səsləndirməyə başladı. Təbii ki, öyrədilmiş azarkeş qrupu olur. Amma bütün azarkeşlərin “istefa” qışqırması başqa məsələdir.

- U-19 millimizdə işlər necə gedir?

- İyunun 21-də Bakıda toplanışımız olacaq. İki gündən sonra Avstriyaya növbəti təlim-məşq toplanışına gedəcəyik. Orada üç yoldaşlıq oyunu nəzərdə tutulub. U-19 liqasından milliyə cəlb etdiyim futbolçulara həmin oyunlarda da baxmaq istəyirəm. Hər ay təlim-məşq toplanışı keçiririk. Avstriyada olacaq toplanışımız isə Avropa Çempionatına hazırlıq xarakteri daşıyır. Ona görə futbolçuları bir daha yoxlamalıyam ki, oktyabrda ilk seçmə oyunumuzda yaxşı oyunçular qıraqda qalmasın.

- Klubundan ayrıla bilməyən bəzi futbolçular var idi. Onların problemini həll edə bildiniz?

- Mirkamil Həşimliyə dəvət göndərmişik. Özü ilə danışmışam. “Fənərbaxça”ya faks göndərmişik. O, artıq Bakıdadır. Onunla artıq problem həll olunub. Digər futbolçuların klubları ilə danışqlar gedir. Həll edə bilsək, yaxşı olacaq.

İdman24.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

12 May 2025
01:07

İspaniya La Liqası: "El klasiko"nu yenə "Barsa"qazandı, "Atletik"ə 1 qol bəs etdi

00:50

İtaliya A Seriyası: "Napoli" büdrədi, "İnter" faydalandı

00:24

Almaniya Bundesliqası: "Əczaçılar" evdə "arılar"a təslim oldular

00:06

İPL: “Çelsi" səfərdə, MY evdə uduzdu, "Liverpul" "Arsenal" ilə heç-heçə etdi

11 May 2025
23:45

Türkiyə Super Liqası: "Beşiktaş" İstanbulda coşdu

23:04

"Aralarında diqqətimi cəlb edənlər var, amma..." - Qurban Qurbanov

22:41

"Qarabağ" bizdən qat-qat üstün və istəkli idi" - Elmar Baxşıyev

22:34

"Zirə"nin əvəzidicilərindən darmadağın, "Neftçi-2" 90+5-də xilas oldu

22:09

Azərbaycan cüdoçuları Avropa Kubokunu 4 medalla başa vurdular

21:58

MPL: "Kəpəz" "Sumqayıt"ı, çempion "Araz-Naxçıvan"ı yendi

21:53

"Ardıcıl dördüncü qələbə..." - Hans-Diter Flik

21:19

"Unutmayaq ki, beş müdafiəçimiz zədəlidir" - Karlo Ançelotti

20:43

Azər Bağırov "Sumqayıt" üzərində qələbəni belə şərh etdi

20:22

Vaqif Cavadovdan rəhbərliyə sərt mesaj: "O zaman mənim işimə qiymət verin"

20:12

"Barselona" ardıcıl 4-cü dəfə "Real"ı yendi - Geridönüş zəfərə rəng qatdı

19:48

Azərbaycan yığması ikinci matçda böyük hesabla uduzdu

19:08

ABL: "Sabah" "Neftçi"yə qalib gəldi

18:51

Mbappe "Barselona"ya 2 qol vurdu, tarixi rekorda imza atdı

18:26

"Lill"in hücumçusu İtaliya klubuna keçir - Danışıqlar başladı

17:41

Bellingem əməliyyat olunacaq

17:26

Almaniyada elitanı tərk edəcək daha bir komanda bəlli oldu

16:54

Ançelottinin Braziliya millisindəki rekord maaşı da bilindi, irəli sürdüyü şərtlər də

16:11

"Sevilya"nın fanatları bazaya hücum çəkdilər

15:46

Azərbaycan parapauerliftinqçisi Dünya Kubokunda 2 qızıl medal qazandı

15:27

"İnter" 2 futbolçusu ilə vidalaşır - ADLAR

14:50

"Peşəkar inkişafıma ən çox kömək edən..." - Lionel Messi açıqladı

14:13

Emil oynadı, komandası səfərdə qazandı

13:44

Vüsaldan assist, komandası pley-offda, Coşqun isə...

13:24

Azərbaycan karateçilərindən dünya çempionatında 4 medal

12:55

"Qarabağ" 10 pillə irəlilədi, "Sabah" 26

12:21

"Barselona" zədəli oyunçularının sıraya döndüyünü açıqladı

11:59

Sörlotun etdiyini indiyədək bacaran olmamışdı - Tarixi rekord

11:26

"Bayern Münhen" Almaniya yığmasının üzvü ilə danışıqlara başladı

10:57

"Real" Fransa millisinin futbolçusunu alır - SON DURUM

10:22

ABL: Bu gün final seriyasında 5-ci oyun keçiriləcək

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

02:24

Liqa 1: PSJ 3 xalı 4 qolla qazandı

10 May 2025
23:11

İki komandanın Bundesliqanı tərk etməsi dəqiqləşdi

22:30

"Azarkeşlərimizin qarşısında utanırıq"- Kurban Berdiyev

22:06

"Hədəfi qalmayan komandanın futbolçularına motivasiya vermək çox çətindir" - Samir Abasov

Facebookdan bizi izləməyi unutmayın.
X