"Fənərbaxça"nın yeni transferi Adil Rami tənqid hədəfinə çevirilib.
Fanat.Az xəbər verir ki, buna səbəb onun komandanın "Antalyaspor"a məğlubiyyətindən sonra əyləncəyə getəsi olub.
"Instagram" hesabından model Hofit Qolanla səmimi şəkildə əyləndiyi videonu paylaşan Adil Rami tənqid olunub. Bundan sonra fransalı ulduz videonu silib. Bir sosial media istifadəçisi videoya "İş əxlaqı olmayan futbolçu gətirməyin "Fənərbaxça"ya, yetər artıq" yazıb.
Qeyd edək ki, Hofit Qolan İsraildə doğulub. Atasının işləri səbəbindən illər əvvəl Kanadaya köçüb. Onun atası aerodinamik mühəndis, anası dəniz qüvvələrinin keçmiş zabitidi.
Fanat.Az