"Araz" futzal klubu bu gün Çempionlar Liqasında ilk oyununu keçirəcək.
Fanat.Az xəbər verir ki, təmsilçimiz Belçika çempionu "Halle Gooik”lə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 22.30-da başlayacaq və Helle şəhərindəki "De Bres Arena”da keçiriləcək.
Qrupun digər oyununda "Benfika" (Portuqaliya) "Xerson"u (Ukrayna) sınağa çəkəcək.
Qeyd edək ki, "Araz" sabah "Benfika", oktyabrın 12-də "Xerson"la qarşılaşacaq.
Futzal
Çempionlar Liqası
II qrup
9 oktyabr
22.30 Araz (Azərbaycan) - Halle Gooik (Belçika)
Hakimlər: Nikola Yeliç (Xorvatiya), Damian Yaruçieviç (Polşa), Viktor Buqenko (Moldova).
Hakim-inspektor: Silvo Borosak (Sloveniya).
UEFA nümayəndəsi: Serjio Lopez-Andujar Alonso (İspaniya).
Halle. "De Bres Arena".
Fanat.Az