Futzal üzrə UEFA Çempionlar Liqasında çıxış edəcək "Araz” Belçikaya itkilərlə yollanıb.
Fanat.Az xəbər verir ki, bu gün Helle şəhərindəkı "De Bres Arena”da "Halle Gooik”lə qarşılaşacaq komandamızın üzvlərindən Hadi Ahmadi, Hadi Rezvan, Vahid Şəfiei və Amir Şocaye viza ala bilmədiklərinə görə Belçikaya səfər edə bilməyib.
Çətin durumla üzləşən təmsilçimiz 8 futzalçı ilə mübarizə aparacaq:
Qapıçılar: 12. Rövşən Hüseynli, 19. Vladislav Reznov;
Oyunçular: 15. Hadi Ahmadi, 17. İsa Atayev, 11. Xətai Bağırov, 5. Murilo Borges Souza, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev, 10. Nihad İsmayılov, 9. Hadi Rezvan, 3. Vahid Şəfiei, 13. Amir Şocaye.
Baş məşqçi: Joze Alesio Da Silva.
Fanat.Az