13:07 10.10.2019 1708

Döyüşən qocalar: tanıyırıq Oqtayı, olmaz Nazimin tayı

Döyüşə qocalar gedir. Ağsaqqalların mübarizəsindən qalib ayrılanlar bəlkə də dönüşə sahib oldular. Amma keçmişdə elə şeylər olub ki, bu gün onların atışmasında danışıq səsləri güllə səslərindən daha bərk eşidilir. İttihamlar, qaralamalar, qarğışlar...
 
Hər şey Elxan Məmmədovun taktikasına uyğun gedir. AFFA-nın baş katibi kənarda dayanıb və futbol adamlarının bir-birini qırmasına şərait yaradır. Hərdənbir Yunis Hüseynova vəzifə, başqa birinə vəd verməklə ocağa odun atır, qızışdırır.
 
Nazim Süleymanovun rəhbərliyi ilə yaradılan Futbol Veteranları Azad Həmkarlar İttifaqının yanlışları çoxdu. Sırf hüquqi məsələlərdə o qədər səhv edilib ki, təşkilat ilk gündən qeyri-ciddi görünüb. Amma Süleymanovun öz adı, nüfuzu bütün bunların kölgəyə çəkilməsi üçün yetərlidi. Və xeyli veteranın Nazim bəyin ətrafında birləşməsi, narazılığın böyüməsi kimlərisə qorxuya salıb.
 
Mühafizəkar kimi görünən, əslində isə daha çox "baş üstə” deməyi bacaran, "təminolunmuşlar sinfi”nin nümayəndələri il ərzində keçirdikləri iclasları bir aya sığışdıracaq qədər fəallaşıblar. Alternativ qüvvənin varlığı onları hərəkətə keçirib, fəallaşmağa vadar edib. Və ömrü boyu iki kəlməni ardıcıl deməyənlər indi natiq olub, kiminə mədhiyyə, kiminə tənqid yağdırır.
 
"Neftçi"nin köhnə bazasında Azərbaycan Futbol Veteranları İttifaqının iclası keçirilib. Qurumun sədri Oqtay Abdullayev problemlərdən yox, Futbol Veteranları Azad Həmkarlar İttifaqının sədri Nazim Süleymanov haqda danışıb. O, veteranları Nazim bəyin müsahibəsinə reaksiya vermək üçün yönəltməklə yığışmaqda məqsədlərinin nə olduğunu göstərib.
 
Futbolçu kimi hətta orta səviyyəli biri olmayan Abdullayevin hansı haqla veteranlara rəhbərlik etdiyini bilmirik, amma Elxan Məmmədovun taktikasını düzgün icra edir. O, dağıdılanlar pullardan yox, AFFA-nın qayğısından danışıb və s.
 
AFFA Məşqçilər Komitəsində "maaşa oturan” Şakir Qəribov özünü sülh göyərçini kimi göstərməyə çalışıb. Ramiz Məmmədov da ondan geri qalmayıb. AFFA-nın sabiq baş katibi Çingiz İsmayılovun dedikləri də maraqlıdı: "Heç kimə ixtiyar verilməyib ki, veteranları belə müzakirəyə çıxarasan. Nə sözümüz varsa, yığışacağıq, fikirlərimizi ifadə edəcəyik, məsələni həll edəcəyik. Mənə də yeni struktur haqda zəng vurmuşdular. Soruşdum ki, ondan bizə nə fayda gələcək? Dedi ki, futbol veteranları haqda düşünəcəklər, ümumilikdə Azərbaycan futbolu barəsində yox. Və mən də dedim ki, ümumi futbolumuzun inkişafına olacaqsa, ikiəlli razıyam. Dünyada 190-dan çox ölkə var ki, milli çempionatları var, ancaq çoxlarında belə həmkarlar təşkilatı yoxdu. Bəs bizdə -  8 klubun, 200 futbolçunun olduğu bir yerdə necə olacaq? Veteranlar futbolçulardan ayrı olacaqsa, onda uğur gözləməyin. Həmişə belə söz-söhbətlər olacaq. Onlar özləri də bilimirlər ki, niyə bu təşkilatı yaradıblar. Nazim Azərbaycan futboluna kömək etmək istəyirsə, onda azarkeşlərlə bağlı məsələləri həll etsin. Belə hərəkəti isə artıq mövcud olan strukturu dağıtmaq deməkdi".
 
"Bizə nə fayda” deyən İsmayılovun sözləri mənim üçün maraqsızdı. Ömrü boyu ancaq özü üçün fayda axtaran bu adamın Fuad Musayevə görə "Neftçi”yə, yeni rəhbərliyə görə isə Fuad Musayevə hansı xəyanəti etdiyini yaxşı bilirik. Onun indi düzlükdən, birlikdən, hansısa işdən danışması ayıbdı.
 
Maşallah Əhmədov və Kazbek Tuayevin çıxışı illərdi "hər işlərinə yarayan” Abdullayevə "qorxma, qorxma” deməkdən ibarət olub: "Burda hamı Oqtayı sevir və hörmət edir. Çünki o, hamımıza kömək edir. Arzu edirəm ki o, daha çox şeyə nail olmaqda davam etsin ".
 
Həmişə kömək güdən bu insanlara Süleymanov azca daha yaxşısını vəd etsə, onlar yeni təşkilatın da sıralarında görünə bilər. Və s. və i.
 
Nazim bəyi təkləmək, nüfizdan salmaq istəyirlər. Səhvləri olub, yanlışları da mümkündü. Lakin belə səhvlər başqalarında daha çoxdu. Yeganə azərbaycanlı Rusiya çempionunu gözdən salmağa çalışdıqca bu adamlar özləri də kiçilir. Ən yaxşımız pisdirsə, o zaman siz kimsiz? Axı, Süleymanovla yanaşı siz də kiçilirsiz. Nə qədər gözdən salmağa cəhd etsəz də, yenə o sizdən xeyli üstdə olacaq. Ortada əlahəzrət faktlar, tarix var.
 
Futbol veteüranı deyiriksə Abdullayevlə Süleymanov ümumiyyətlə, müqayisəyə gəlməz. Legioner karyerası öz yerində bu adamların "Neftçi” karyerasına diqqət edək. Nazim bəy flaqmanda 190 matçda 32 qol vurub. Oqtay bəyin oyun sayı isə Süleymanovun qollarından da azdı – 28 oyun, 1 qol. Və illərdi Abdullayev veteranların rəhbəridi, AFFA 4-5 postu eyni zamanda ona etibar edib.
 
Vəzifə, kreslo şirindi, onu qorumaq üçün hər yola gedirsiz. Amma heç olmasa Nazimə tay olanı ortaya çıxarın, Oqtay olanı yox.

Mənbə: futbolinfo.az
 


Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

Facebookdan bizi izləməyi unutmayın.
X