"Yaxşı
planlarımız var idi. Təəssüf ki, bir neçə axmaq səhvə yol verdik".
Fanat.Az xəbər verir ki, bu sözləri Macarıstan yığmasının müdafiəçisi
Villi Orban Avro-2020-nin seçmə mərhələsində Xorvatiya ilə oyundan sonra deyib.
"Leypsiq"in futbolçusu 0:3 hesablı məğlubiyyəti şərh
edərkən milimizlə qarşıdakı görüşdən də danışıb. O, yalnız qələbə haqda düşündüklərini
bildirib: "İndi ən önəmlisi düzgün hazırlaşmaqdır. Azərbaycanla oyun çox
vacibdir. Bu rəqibi mütləq yenməliyik".
Qeyd edək ki, oktyabrın 13-də keçiriləcək Macarıstan - Azərbaycan
matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Fanat.Az