Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən Premyer Liqa klublarının əsas komandaları ilə yanaşı, əvəzediciləri də yararlanır.
Fanat.Az xəbər verir ki, "Sumqayıt"la "Qarabağ"ın ikinci komandaları yoxlama görüşündə üz-üzə gəlib. Qarşılaşma "Kapital Bank Arena”nın ehtiyat meydançasında baş tutub və 1:1 hesablı bərabərliklə yekunlaşıb.
Qeyd edək ki, sabah bu komandaların əsas heyətləri qarşılaşacaq. "Azersun Arena”da keçiriləcək qarşılaşmaya saat 17:00-da start veriləcək.
Fanat.Az