12:07 12.10.2019 3035

7 - 21 - 11...

Tahir Süleymanov

Azərbaycan çempionatı adı altında keçirilən açıq "Bakı birinciliyi"ndə ilk dövrə sona çatıb.

Lider 20 xalı birnəfəsə adlayıb, ardınca gələnlər 10 xallıq səddi güc-bəla ilə keçiblər...

Sonuncularla ikincilik arasında cəmi elə iki qələbəlik məsafə var. Bir oyunda büdrəmə növbəti turda fərqin aradan götürülməsi deməkdir. "Neftçi" ilə bağlı haqlı deyim yerinə düşür, "ikinciliklə sonunculuq arasında heç bir fərq yoxdur"...

"Qarabağ" ötən mövsümdə verdiyi boşluqlardan, özlərini atdıqları stressdən necə dərs çıxarıbsa, bir dövrəyə çempionluğu 99% həll edib. 10 xallıq fərq 3 məğlubiyyət, 1 heç-heçə deməkdir, əgər izləyicilər 100%-lik(!) nəticə qazanarsa...

Dəqiq təhlillər gərəkdir. "Qarabağ" yuxarı-aşağı gücünü, stabilliyini qoruyub saxlayıb. Ötən mövsümdəki kimi yenə də qruplarda çıxış edir. Üstəgəl milliyə çağırılan futbolçular. Deməli, bir il öncəki çempionatın startındakı büdrəmə rəqiblərin sıçrayışı ilə bağlı deyildi, "Qarabağ"ın arxayınlığının, ritmdən düşməsinin nəticəsi idi...

"Neftçi"dəkilər heyəti öz fəlsəfələrinə uyğun kifayət qədər gücləndirib. Baş məşqçi də hər dəfə seçimin genişliyindən, rotasiyalardan ağızdolusu danışır. Məntiqlə, ötən ili nəzərə aldıqda, "Neftçi" "düz yoldadır"la indi 10 xal olmasa da, 5-7 xal öndə olmalıydı. Ən pis halda şərikli liderlik bölüşülərdi. "Qarabağ" yenə də eyni sıx qrafiklə oynayır...

Obyektiv təhlillər sərf etmir. Dərindən düşündükdə, tənqidlərin özü bir dəstəkdir. "Neftçi" ağırlığını dərk etməyənlərə isə mənasız, daha doğrusu özləri üçün piar kampaniyalar daha sərfəlidir. Piarla, sığortalarla isə meydanda liderlik, çempionluq, Avropada uğurlu çıxışlar təmin edilmir...

Təəccüblü də deyil, günahı kənarda, havada, suda, odda-alovda, səmada, azarkeşlərdə, "istefa"larda "axtaran" rəhbərlik, rəsmilər, məşqçilər nəzərlərini öz "nəzəriyyələrinə" yönəltsələr yaxşıdır. "Neftçi"ni idarə edən, strategiyasını müəyyənləşdirən, legionerləri gətirən özləridir, yuxuda da gördükləri "kənar qüvvələr" deyil...

"Neftçi"ni ələ alanlara sərf etməsə də, nəyin necə nəticələnəcəyini illərdi bildiririk. "Qarabağ"ın çempionluq fonunda 50 manatlıq "tarix"dən dəm vuranlar, "biz çempion olmalıyıq?" deyənlər, avrokubokda bir mərhələni uğur sayanların 7 - 21 - 11 günləri təbiidir və olmaması təəccüblə qarşılanardı...

Reallıqda isə təəccüblü olan təsisçi, sponsorların bu duruma biganə qalması, göz yumması, illərdi xalqın, dövlətin 10 milyonlarla vəsaitinin xərclənməsi, heç bir nəticələrin qazanılmaması fonunda seyrçi olmalarıdır...

Ən azından dərk edilməlidir, "Neftçi"ni himayədarlıq edən havadarların, "boz kardinalların" yerləşdirdikləri kadrlara görə heç bir sənəddə imzaları, məsuliyyətləri yoxdur. Son məqamda imzalı, möhürlü məsuliyyət "Neftçi" təsisçilərinin üzərində qalacaq, onlar cavabdehlik daşıyacaqlar...

Ötən mövsüm "Qarabağ"ın "yatması" bir şans idi, "Neftçi"nin nə meydanda, nə də nüfuz olaraq futbolda güclərinin göstəricisi deyildi. Son 5-6 tura "oyandılar" və çempionluq həll edildi. İndi isə hər dövrə 7 - 21 - 11-rin aradan qaldırılması üçün gərək rəqib dayana, futbol oynamaya...

"Neftçi"nin adı, ruhu fanatları hər zaman yerindədir. Problem ruhsuz, bacarıqsızların klubda olması, "Neftçi"ni yox, özlərini düşünməsi, imkan daxilində vaxt udub "yağlı tikələrdən" əl çəkmək istəməmələridir...

"Neftçi" böyüklüyü daimi izləyici, ikincilik damğasından yaxa qurtarmalıdır. Çempionluqların təmin olunması, tarixi klubun adına layiq uğurların əldə edilməsi qurtuluşu isə ilk olaraq "Neftçi"nin "yadellilərin" əlindən qurtulmasından keçir...

7 - 21 - 11... Çempionat başlamamış bitən çempionat, çempionluq....
 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

Facebookdan bizi izləməyi unutmayın.
X