"Qarabağ”ın futbolçusu Xayme Romero zədəsini tam sağaldıb.
Fanat.Az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, 29 yaşlı hücumçu bu gün komanda ilə məşqlərə başlayıb. İspaniyalı oyunçununun Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda APOEL-ə qarşı keçirəcəkləri oyunda meydanda olması gözlənilir.
Qeyd edək ki, X.Romero Premyer Liqanın 5-ci turunda "Zirə”lə matçda çiynindən zədələnmişdi.
Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ”-APOEL görüşü oktyabrın 24-ü saat 20:55-də start götürəcək
Fanat.Az