Millilərin oyunları ilə bağlı Azərbaycan Premyer Liqasında yaranan fasilə bu gün başa çatıb və elitanın VIII turu start götürüb.
Fanat.az xəbər verir ki, II dövrənin ilk oyun günündə iki duel reallaşıb.
Öncə ilk dövrəni maksimum nəticə ilə başa vurmuş "Qarabağ” "Qəbələ”nin qonağı olub. Mövsümün birinci qarşılaşmasında "qırmızı-qaralar”ı 3 cavabsız qolla yenmiş Ağdam klubu bu dəfə xal itirib. Qurban Qurbanovun yetirmələri indiki mövsümdə ilk dəfə büdrəyib.
Günün digər matçı "Keşlə” və "Sabah” arasında baş tutub. Paytaxt klublarının birinci dövrədəki duelində "Keşlə” minimal hesablı zəfərə sevinmişdi. Tərəflərin budəfəki qarşılaşmasında Tərlan Əhmədovun komandası zəfərə yaxın olsa da, Hendrik Ekşteynin 2-ci uzatma dəqiqəsində vurduğu qol qonaqlara xal qazandırıb.
Tura sabah keçiriləcək "Neftçi” - "Zirə”, "Səbail” - "Sumqayıt” oyunları ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
VIII tur
19 oktyabr
"Qəbələ” – "Qarabağ” 1:1
Qollar: Qismət Alıyev, 3 - İsmayıl İbrahimli, 9
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Fərid Hacıyev.
Qəbələ şəhər stadionu.
"Qəbələ": 1. Anar Nəzirov (k), 2. Amin Seydiyev, 3. İviça Zuniç, 8. Qismət Alıyev, 74. Yusif Nəbiyev, 77. Merab Qiqauri, 21. Fernan Lopez, 11. Asif Məmmədov, 7. Roman Hüseynov, 9. Davit Volkov, 10. Klesio Bauk
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 19. Rövlan Muradov, 20. Faiq Hacıyev, 22. Rüstəm Nuriyev
Baş məşqçi: Azər Bağırov
"Qarabağ": 1. Asmir Beqoviç, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov (k), 4. Rahil Məmmədov, 3. Ailton Silva, 2. Qara Qarayev, 8. Markos Madera, 18. İsmayıl İbrahimli, 17. Abdullah Zubir, 10. Dani Kintana, 99. Maqaye Qeye
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 12. Şahruddin Məhəmmədəliyev, 20. Riçard Almeyda, 6. Simeon Slavçev, 9. Xayme Romero, 21. Hacıağa Hacılı, 71. Toral Bayramov, 29. Musa Qurbanlı
Baş məşqçi: Qurban Qurbanov
"Keşlə” – "Sabah” 1:1
Qollar: Vüsal İsgəndərli, 17 - Hendrik Ekşteyn, 90+2
Qırmızı vərəqə: Filip İvanoviç, 90+3 (ikinci sarı)
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Pərvin Talıbov, Nicat İsmayıllı.
"ASCO Arena”.
Keşlə: 1. Stanislav Namaşko, 4. Slavik Alxasov (k), 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov, 11. Ruslan Qurbanov, 22. Əfran İsmayılov, 25. Con Kamara, 21. Miyusko Boyoviç, 5. Franko Flores, 9. Lorenzo Frutos, 7. Tural Bayramlı.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 16. Şahin Zəkiyev, 33. Tərlan Quliyev, 3. Cabir Əmirli, 18. Ruslan Əmircanov, 19. Azər Salahlı, 6. Rəşad Sadiqov, 66. Murad Qayalı, 90. Orxan Fərəcov, 91. Samir Abdullayev.
Baş məşqçi: Tərlan Əhmədov.
Sabah: 1. Saşa Stamenkoviç, 19. Təmkin Xəlilzadə, 14. Rəşad Eyubov, 7. Coşqun Diniyev, 15. Ruslan Abışov (k), 17. Məhəmməd Mirzəbəyov, 13. Filip İvanoviç, 23. Amadu Diallo, 27. Hendrik Ekşteyn, 9. Ulise Diallo, 26. Ozan Can Kökcü.
Ehtiyat oyunçular: 71. Dmitri Bezruk, 5. Kərim Diniyev, 22. Məqsəd İsayev, 6. Vadim Abdullayev, 21. Rocer Roxas, 99. Abbas Ağazadə, 20. Anar Panayev, 11. Şakir Seyidov.
Baş məşqçi: Rövşən Babayev.
Fanat.Az