"Sumqayıt"ın yarımmüdafiəçisi Aleksey İsayevin artıq düşərgəyə qoşulduğunu bilirsiz.
Fanat.Az xəbər verir ki, İsayev klubun rəsmi saytına fikirlərini bölüşüb, peşman olduğunu deyib.
"Etdiyim hərəkətə görə peşmanam. Düşünürəm ki, klubla aramda anlaşılmazlıq olmuşdu. Öz oyunumla baş verənləri unutdurmağa çalışacam. Futbol mənim həyatımdır, bu səbəbdən hərşeyi unutmaq istəyirəm. Baş verənlərə görə "Sumqayıt" ailəsindən üzr istəyirəm. Klub rəhbərliyi və məşqçi heyətinə məni anlayışla qarşıladığına görə təşəkkür edirəm. Əvvəlki formamı bərpa edib yenidən komandama kömək etməyə çalışacam".
Fanat.Az