15:39 20.10.2019 2358

"Keşlə"nin qapıçısı: "Belə qol adama pis təsir edir"

"Keşlə"nin qapıçısı Stanislav Namaşko evdə "Sabah"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının VIII tur matçından sonra müsahibəsi

- Yaranmış fasilə komandanıza belə təsir etmişdi?
- Xeyr, elə deməzdim. Fikrimcə, vurduğumuz qoldan sonra müdafiəyə çəkildik, ərazi üstünlüyünü rəqibə verdik. Buna baxmayaraq, dözürdük. İsti-isti şərh etmək bir qədər çətindir. Amma düşünmürəm ki, fasilədən sonra nələrsə dəyişdi.

- Bəs ikinci 45 dəqiqədə daha çox müdafiəyə çəkilməyiniz necə, bu, baş məşqçinin tapşırığı idi, yoxsa hesab təzyiq göstərirdi?
- Məşqçimiz bu cür tapşırıq verməmişdı - bu, dəqiqdir. Çünki oyun üslubumuz belə deyil ki, müdafiədən oynayaq, bu görüş də istisna təşkil etmirdi. Hələ ilk yarıda hesabı açdıqdan sonra daha çox müdafiəyə diqqət yetirməyə başlamışdıq. Düşünürəm ki, bu, şüuraltı səviyyədə baş verdi. Əlbəttə, bütün oyunçuların yerinə danışa bilmərəm, amma zənnimcə, bu, psixoloji məqam idi.

- Nəticə ədalətlidir?
- Yaradılan qol epizodlarına görə nəticəni ədalətli adlandırmalıyam. Çünki "Sabah” topa daha çox nəzarət edirdi, qol şansları var idi. Bizim də şanslarımız oldu. Başlıca üzücü məqam - qolu matçın sonunda buraxmağımızdır. Ancaq qarşılaşmanı bütövlükdə götürdükdə, bərabərlik - ən ədalətli nəticədir. Bütün hallarda, son dəqiqədə buraxılan qol adama pis təsir edir.

- Azərbaycan futbolunda bu cür hallara çox nadir hallarda rast gəlmək olar. Bəs öz praktikanızda son dəqiqə qoluyla qaçırılan qələbə çoxmu olub?
- Dəqiq deyə bilmirəm, amma elə bir hal yadıma düşmür. O yadıma düşür ki, "Şerif”in qapısını qoruduğum vaxt biz son dəqiqə qolu ilə avrokubokda mərhələ adlamışıq. Ancaq əksi yox, yadıma düşmür.

- Buraxdığınız qol epizodunu da şərh etməyinizi istərdik. Zərbə anını görürdünüzmü və reaksiya verə bilərdinizmi?
- Desəm ki, şans yox idi, düz olmaz. Çünki qolkiper qapıdadırsa, qol vurularkən hər zərbə zamanı onun şansı olur ki, bunun qarşısını alsın. Epizodun təkrarına baxmaq, oyunun təhlilini aparmaq lazımdır. İndiki məqamda cavabı konkretləşdirə bilmərəm.

- Son dəqiqədə buraxılan qol növbəti turlarda psixoloji sarsıntıya səbəb ola bilər?
- Bütün komandanın əvəzinə danışa bilmərəm. Zənnimcə, belə bir hal yaşanmamalıdır. Biz sadəcə, bu oyundan düzgün nəticə çıxarmalıyıq. Bu cür qarşılaşmadan sonra özümüzə qarşı daha da tələbkar olmalıyıq ki, hesabda öndə olanda, oyunun gedişatından asılı olmayaraq, daha diqqətli oynayaq. (Report)

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 İyun 2025
16:56

Qranit Caka Almaniyanı İtaliyaya dəyişməyə qərar verdi

16:10

Bekhem "Ser" rütbəsinə layiq görüldü

15:48

"Milan"ın sabiq kapitanı İstanbul nəhənglərindən hansını seçəcək?

15:21

Xabi Alonso "Real Madrid"də debüt təəssüratlarını bölüşdü

14:55

Hidayət Heydərov ilk görüşdə məğlub oldu

14:19

Azərbaycan badmintonçuları beynəlxalq turnirdə iki gümüş medal qazandılar

13:52

"Bayern Münhen"in hücumçusu Avroliqanın qalibi ilə anlaşdı - RƏSMİ

13:20

"Fərdi mükafatlar məni qətiyyən maraqlandırmır" - Enrike "Qızıl top"dan danışdı

12:50

Avropa Gümüş Liqası: Millimiz növbəti matçına çıxır

12:18

AFFA-da klub nümayəndələri ilə görüş keçirildi

11:49

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:13

Dünya çempionatı: Hidayət Heydərov və daha 2 cüdoçumuz mübarizəyə başlayır

10:45

Günün oyunları bu kanallarda - AFİŞA

10:07

Klublararası dünya çempionatı: PSJ "Atletiko Madrid"lə üz-üzə

09:40

İlkay Gündoğan "Mançester Siti"ni bu kluba dəyişir - Danışıqlar başladı

09:00

Messinin komandası "Əl-Əhli" ilə bacarmadı

08:30

Azərbaycanda Milli Qurtuluş Günüdür

14 İyun 2025
23:43

İngiltərə millisinin üzvü Fransa klubunda - RƏSMİ

23:22

Sloveniyalı bombardir Almaniya nəhənginə keçir

22:46

U-17 AÇ: Azərbaycanın sərbəst güləşçiləri 3 medalla başladılar

22:17

Xorvatiyadakı beynəlxalq təlim-məşq toplanışı yekunlaşdı

21:32

Rumıniya millisi Azərbaycan yığmasına set vermədi

21:05

Vasili Berezutski "Sabah"dan getdi - RƏSMİ

20:55

"Çelsi" onu heyətinə qata bilsə..." - Klod Makelele

20:23

Azərbaycanın daha iki güləşçisi AÇ-nin finalında

19:59

AFFA U-13 Liqasında çempion da bilindi, mükafatçılar da

19:13

MY 71,4 milyon avro ödəməyə hazır olsa da...

18:52

Azərbaycan millisi "Devis Cup"da 3-cü qrupa yüksəldi

18:12

"Napoli"dən yeni transfer - RƏSMİ

17:40

Vüqar Kimuraya qalib gəldi

16:54

"Şamaxı"da daha bir müqavilə

16:08

"Zirə" Hacıağa Hacılı ilə müqavilə yenilədi

15:44

Çempion Kyezanı apara biləcəkmi? - SON DURUM

15:14

Klublararası dünya çempionatının oyunlarını bu kanallar yayımlayacaq

14:09

"Barselona" gənc istedadı bu qiymətə alır - Tərəflər razılaşdılar

13:48

"Roma" Dovbiklə bağlı qərarını qətiləşdirdi

13:20

Azərbaycan Qış İdmanı Növləri Federasiyası FIS-in tamhüquqlu üzvü oldu

12:42

"Zirə" iki futbolçusu ilə əməkdaşlığa son qoydu

12:10

"Real"ın ulduzu ümidini itirmir

11:51

"Liverpul"un qapıçısı "Ayaks"a keçmək üzrədir

Facebookdan bizi izləməyi unutmayın.
X