"Oyun göz qabağındadı. "Neftçi” bizdən üstün idi və bu da nəticədə özünü göstərdi”.
Fanat.Az xəbər verir ki, bu sözləri "Zirə”nin baş məşqçisu Zaur Həşimov Premyer Liqanın VIII turunda bu gün "Neftçi”yə uduzduqları görüşdən (0:3) sonra mətbuat konfransında deyib.
38 yaşlı mütəxəssis bildirib ki, bu hesab onun işinə təsir göstərməyəcək: "Hesab mənim işimə mənfi təsir göstərməyəcək. Əlimi aşağı salmayacağam. Artıq daha çox işləyəcəyik. Dayanmaq olmaz, davam etmək lazımdı”.
Fanat.Az