Millimizin və "Qarabağ”ın sabiq hücumçusu Vüqar Nadirov "Baku Sporting” klubuna rəhbər təyin edilib.
Fanat.Az-ın məlumatına görə, futbolçu karyerasını bitirməyən ön xətt oyunçusu layihəni inkişaf etdirmək üçün futbol məktəbinə dəvət olunub.
İnformasiyanı dəqiqləşdirmək üçün Nadirovun özü ilə əlaqə saxladıq. Futbolçu bunları söylədi: "Hələ karyeramı davam etdirirəm. "Baku Sporting”də paralel olaraq direktor kimi fəaliyyət göstərəcəm. Hələ rəsmi müqavilə bağlamamışıq. Yaxın günlərdə mətbuat konfransı keçirməyi planlaşdırırıq. Orda mətbuata hər şey haqda ətraflı məlumat veriləcək. Hədəfimiz böyükdü. Yeni mütəxəssislər dəvət olunacaq, sistemli işlər görüləcək. Yaş qruplarının sayı artırılacaq. Böyümək, xaricə davamlı şəkildə oyunçu göndərə biləcək akademiyaya çevrilmək istəyirik”.
Fanat.Az