Ukraynanın "Lvov" klubunun qapıçısı Aleksandr Bandura karyerasını Azərbaycanda davam etdirə bilər.
Fanat.Az Ukrayna mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı qolkiper Azərbaycandan təklif alıb. Lakin adı açıqlanmayan klubumuz onun üçün təzminat ödəmək istəmir.
Qeyd edək ki, karyerası ərzində yalnız Ukraynada çıxış edən Aleksandr Bandura "Tavriya", "Metallurq" (Donetsk), "Stal" kimi klubların formasını geyinib.
Fanat.Az