AFFA İntizam Komitəsi "Sabah"ın futbolçusu Təmkin Xəlilzadəni 5 oyunluq cəzalandırıb.
Fanat.Az xəbər verir ki, buna onun Azərbaycan Premyer Liqasının VIII turunda "Keşlə" ilə matçdan sonra hakimə fiziki təsir göstərməyə cəhd etməsi səbəb olub. Futbolçuya verilmiş 5 oyun cəzanın 3 oyunu şərti cəza kimi tətbiq edildiyi və 3 ay sınaq müddəti verildiyi vurğulanıb. Sınaq müddəti ərzində futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsinin qüvvəyə minəcəyi qeyd olunub.
Bundan başqa, "Sabah" T.Xəlilzadənin etdiyi hərəkətə görə 4 min manat məbləğində cərimələnib.
Fanat.Az