16:56 23.10.2019 3378

Əmrah Çəlikəl: "Lüksemburqdakı hadisənin Bakıda olması mümkün deyil"

"Qarabağ"ın direktoru Əmrah Çəlikəl Avropa Liqasının qrup mərhələsinin III turunun APOEL-lə oyunu öncəsi müsahibə verib.

- APOEL-lə oyun üçün satışa çıxarılmış biletlər tükənmək üzrədir. Matça bu qədər maraq olacağını gözləyirdiz?
- Açığı, "Düdelanj" üzərində səfər qələbəsindən sonra bu oyuna marağın böyük olması normaldır. Sabahkı qarşılaşmadan çox şey asılıdır. Əlbəttə, hər oyun vacibdir. Amma APOEL-lə görüşə marağın böyük olacağını bilirdik.

- Hələ bir neçə gün öncə APOEL-lə oyunda mərkəzi arenanın oturacaqlarına 30 min Azərbaycan bayrağı düzüləcəyi bəlli idi. Bu məsələ nə yerdədir? Yəqin ki, bayraqlar artıq Bakıya gətirilib...
- Bəli, bayraqlar gətirilib, hazırda Bakıdadır. Sabah səhərdən etibarən onları stadionda yerləşdirəcəyik.

- Ümumiyyətlə, 30 min bayraq ideyası necə yarandı, nə ilə bağlıdır?
- Burada əsas səbəb "Düdelanj"la oyunda baş vermiş erməni təxribatı idi. Meydanda onlara layiqli cavab verdik. Sabahkı matçda da birlik və bərabərliyimizi göstərmək istəyirik. Bu məqsədlə 30 min bayraq sifariş etdik.

- APOEL-i Bakıda təqribən yüzə yaxın azarkeş dəstəkləyəcək. Kipr mətbuatında çıxan xəbərlərə görə, UEFA bu oyunu yüksək riskli qarşılaşma hesab edir. Hətta Kipr klubunun özü ilə təhlükəsizlik xidmətinin bir neçə əməkdaşını da Bakıya gətirəcəyi iddia olunur. Bu mənada, oyunla bağlı nə kimi təhlükəsizlik tədbirləri görülüb?
- Bu, APOEL-in öz işidir. Biz onların buradakı təhlükəsizliyinə cavabdehik. Şükürlər olsun ki, Avropa miqyaslı yarışlarımızda təhlükəsizlik həmişə üst səviyyədə olub. İnanmırıq ki, sabah stadionda hansısa təxribat olsun. Belə bir şey gözləmirik. Çünki indiyə kimi Azərbaycanda bu cür hal baş verməyib. Lüksemburqdakı hadisənin Bakıda olması mümkün deyil. Biz sadəcə, növbəti dəfə birlik və bərabərliyimizi, Qarabağın Azərbaycana aid olmasını nümayiş etdirəcəyik. Biz bütün bunları həm oyunumuz, həm də stadiona gələn azarkeşlərimizlə birlikdə edəcəyik. Risk məsələsinə gəldikdə, bəli, UEFA bu oyunu yüksək səviyyəli təhlükəsizlik tədbirlərinin alınması vacib olan matçlar kateqoriyasına salıb. Bununla bağlı iclaslarda nümayəndələrimiz iştirak edir və lazımi tapşırıqları alırlar. Bizim əsas məqsədimiz birliyimizi göstərməkdir. Meydanda isə istəyimiz nəticəni əldə etməyə çalışacağıq.

- Özünüz də qeyd etdiz ki, qrupdan çıxmaq baxımından vacib oyundur. Şansları necə qiymətləndirirsiz?
- Onu bilirəm ki, klubda olan hər kəs, o cümlədən də futbolçularımız meydanda əlindən gələni edəcək, yaxşı nəticə qazanmaq üçün sona qədər vuruşacaqlar. Qismətimizdə varsa, qalib gələcəyik.

- APOEL avqust ayında Bakıda Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda "Qarabağ"ı məğlub edərək, təmsilçimizin pley-off-a yolunu kəsmişdi. Sabahkı matça hardasa revanş kimi baxırsınız?
- Xeyr. Çünki bu, bizi "yandıra" bilər. Belə bir niyyətimiz yoxdur. Meydana çıxıb oyunumuzu oynayacaq, bizə lazım olan qələbəni qazanmaq istəyirik 

Mənbə: sportinfo.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 İyun 2025
01:04

Klublararası dünya çempionatı: PSJ "Atletiko Madrid"i böyük hesabla yendi

15 İyun 2025
23:45

Azərbaycan millisi Gümüş Avropa Liqasında növbəti oyununu keçirdi

23:09

Avropa çempionatı: Azərbaycan güləşçiləri sonuncu gün bir dəst medal qazandılar

22:31

Mahir Emreli Super Liqadan aldığı 3 təklifi geri çevirdi

21:57

"Bayern Münhen"klublararası dünya çempionatına "qol yağışı" ilə başladı

21:20

İtaliya çempionu Ronaldunun komanda yoldaşına elçi düşdü

20:51

Bakıda "At gücü" yarışı keçiriləcək

20:33

Berezutski "Sabah"la vidalaşdı

20:17

Karateçilərimizdən 1 qızıl, 2 gümüz, 3 bürünc medal

19:50

İtaliya millisinin yeni baş məşqçisi bilindi - RƏSMİ

19:18

"Milan"ın əfsanəsi A Seriyasının debütantını çalışdıracaq

18:49

Ter Stegen Türkiyə yolunda - SON DURUM

18:03

Dünya Kuboku: Azərbaycan gimnastlarından uğurlu nəticə

17:20

"Nyukasl"ın vingeri İngiltərə nəhənginə keçməyə yaxındır

16:56

Qranit Caka Almaniyanı İtaliyaya dəyişməyə qərar verdi

16:10

Bekhem "Ser" rütbəsinə layiq görüldü

15:48

"Milan"ın sabiq kapitanı İstanbul nəhənglərindən hansını seçəcək?

15:21

Xabi Alonso "Real Madrid"də debüt təəssüratlarını bölüşdü

14:55

Hidayət Heydərov ilk görüşdə məğlub oldu

14:19

Azərbaycan badmintonçuları beynəlxalq turnirdə iki gümüş medal qazandılar

13:52

"Bayern Münhen"in hücumçusu Avroliqanın qalibi ilə anlaşdı - RƏSMİ

13:20

"Fərdi mükafatlar məni qətiyyən maraqlandırmır" - Enrike "Qızıl top"dan danışdı

12:50

Avropa Gümüş Liqası: Millimiz növbəti matçına çıxır

12:18

AFFA-da klub nümayəndələri ilə görüş keçirildi

11:49

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:13

Dünya çempionatı: Hidayət Heydərov və daha 2 cüdoçumuz mübarizəyə başlayır

10:45

Günün oyunları bu kanallarda - AFİŞA

10:07

Klublararası dünya çempionatı: PSJ "Atletiko Madrid"lə üz-üzə

09:40

İlkay Gündoğan "Mançester Siti"ni bu kluba dəyişir - Danışıqlar başladı

09:00

Messinin komandası "Əl-Əhli" ilə bacarmadı

08:30

Azərbaycanda Milli Qurtuluş Günüdür

14 İyun 2025
23:43

İngiltərə millisinin üzvü Fransa klubunda - RƏSMİ

23:22

Sloveniyalı bombardir Almaniya nəhənginə keçir

22:46

U-17 AÇ: Azərbaycanın sərbəst güləşçiləri 3 medalla başladılar

22:17

Xorvatiyadakı beynəlxalq təlim-məşq toplanışı yekunlaşdı

21:32

Rumıniya millisi Azərbaycan yığmasına set vermədi

21:05

Vasili Berezutski "Sabah"dan getdi - RƏSMİ

20:55

"Çelsi" onu heyətinə qata bilsə..." - Klod Makelele

20:23

Azərbaycanın daha iki güləşçisi AÇ-nin finalında

19:59

AFFA U-13 Liqasında çempion da bilindi, mükafatçılar da

Facebookdan bizi izləməyi unutmayın.
X