Bu gün Avropa Liqasının qrup mərhələsinin III turunda "Qarabağ” Kiprin APOEL klubunu qəbul edəcək.
Fanat.az xəbər verir ki, saat 20:55-də başlanacaq oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunun tribunalarına 30 min Azərbaycan bayrağı düzülüb. Bayraqlar 60x40 ölçüsündədir.
Bu barədə klubun rəsmi "facebook" səhifəsi məlumat yayıb.