Türk gözəl "Real"ın ulduzu ilə sevgili oldu - FOTOLAR
Türk əsilli model Elif Aksu "Real"ın futbolçusu Viniçius Juniorla sevgilidi.
Fanat.Az xəbər verir ki, onların münasibəti Çempionlar Liqasında keçirilən "Qalatasaray" - "Real" oyunundan sonra üzə çıxıb.
Elif Aksu İstanbula gələrək qarşılaşmanı "Türk Telekom Arena"da canlı izləyib. Matçın 79-cu dəqiqəsində Viniçius Junior meydana çıxarkən "Instagram" hesabının hekayə bölməsindən onun fotosunu paylaşan model "İrəli" yazıb. Futbolçu isə oyundan sonra onun paylaşımına ürək smayliki qoyub.