14:38 28.10.2019 1758

UEFA-nın tələblərinə cavab verən "ASCO Arena" - VİDEOREPORTAJ

Azərbaycanda stadion infrastrukturunun inkişafı baxımından 2011-2012-ci illər xüsusən effektiv hesab oluna bilər. Təsadüfi deyil ki, Bakıdakı 17 yaşadək qızlar arasında dünya çempionatı ərəfəsində 4 yeni stadion - "Dalğa Arena", "Bakcell Arena", "ASCO Arena" ("Bayıl Arena") və Binə stadionu istifadəyə verilib. UEFA-nın maliyyə dəstəyi ilə inşa olunan Milli Komandaların Məşq Mərkəzi 2015-ci ilin sentyabrında tam hazır olub. Ölkənin ən böyük arenası sayılan Bakı Olimpiya Stadionunun tikintisi isə 2015-ci ildə başa çatıb. 

Bakının Bayıl qəsəbəsində yerləşən "ASCO Arena" 2012-ci ilin avqustunda təhvil verilib. Burada yerləşən baza isə 2018-ci ildə hazır vəziyyətə gətirilib və "Səbail” klubunun ixtiyarına verilib. Amma idman qurğusundan təkcə "Səbail” yox, bəzi milli komandalar da yararlanır. Qadınlardan ibarət müxtəlif yaş qruplarından ibarət yığmalar təlim-məşq toplanışı üçün buranı seçir.

"ASCO Arena"nın meneceri Rza Həsənov "Report"a açıqlamasında ötən müddət ərzində görülən işləri yüksək qiymətləndirdiyini bildirib. Onun sözlərinə görə, meydanın süni örtüklü olması heç bir problem yaratmır: "Əksinə, süni örtüklü meydanda çoxlu məşq keçirmək olur. Təbii ot örtüyündə gün ərzində bir və ya iki dəfə məşq mümkündürsə, sünidə 6 məşq baş tutur. Süni örtük baza üçün yaxşıdır, çünki bütün yaş qrupları buradan yararlanır və məşq edə bilir. Demək olar ki, stadion dayanmadan istifadədədir". 



"Səbail” bu arenada Avropa Liqasının I təsnifat mərhələsinin oyununu da keçirib. R.Həsənov Rumıniya "Universitatya"sı ilə görüşdə süni örtüklə bağlı heç bir narazılığın olmadığını vurğulayıb: "Yaxşı oyun keçdi. Bu, yüksək keyfiyyətli süni örtükdür, ilk gündən FIFA-nın iki ulduz sertifikatını alıb. Ot örtüyü yeniləndikdən sonra da iki ulduz sertifikatı verilib. Ot örtüyünün dəyişdiriləcəyi ilə bağlı isə məlumatım yoxdur. Bizim ərazimiz yetəri qədər böyük deyil. Ona görə də hansısa köməkçi meydança tikmək çox çətindir. Demək olar ki, mümkün deyil".

Son 6 il ərzində "ASCO Arena”da 1030 oyun keçirilib ki, bunlardan 70-i beynəlxalq səviyyədə olub. R.Həsənov arenanın AFFA-nın maliyyə dəstəyi sayəsində təkmilləşdirildiyini bildirib: "Bu arena 1952-ci ildə tikilib. 2012-ci ildə isə AFFA tərəfindən konstruksiya olunub. Arenamız 3200 azarkeş tutumuna malikdir. 3 skayboks, bir VİP lunch mövcuddur. Stadionda futbolçular üçün 4 paltardəyişmə otağı və hakimlər üçün 2 otaq var. "ASCO Arena”nın özəlliklərindən biri də odur ki, burada bir gün ərzində iki oyun keçirmək mümkündür. Stadion kiçik olsa da, UEFA-nın bütün tələblərinə cavab verir. Konfrans otağımız 60-70 nəfər qəbul etmək ixtiyarındadır. Bu otaqdan təlimlər üçün də istifadə olunur. Komandalar burada oyunları analiz edirlər. Bazamızda yaxşı vəziyyətdə və müasir avadanlıqlarla təmin olunmuş fitnes zalı da var".



"ASCO Arena"da hətta gün ərzində 4 oyun da keçirilib. Bu, 4 il əvvəl baş tutub. Meydanın uzunluğu 105 metr, eni isə 65 metrdir ki, bu da UEFA standartlarına tam uyğundur: "Stadion kənardan balaca görünür. Bu, tribunadan yan xəttə kimi məsafənin azlığı ilə əlaqədardır. İşıqlandırma sistemi də iki il bundan öncə yenilənib. Arenamız üçün İtaliyadan xüsusi lampalar gətirilib. Hər projektor meydanın müxtəlif sahələri üçün nəzərdə tutulub. Arenamızda həmçinin əlillər üçün xüsusi yerlər müvcuddur. Burada onları müşayiət edən şəxslər üçün də yer var".

Qeyd edək ki, ötən il AFFA-nın balansında olan stadionların, futbol akademiyasının və Milli Komandaların Məşq Mərkəzinin saxlanılmasına 1 milyon 856 min 207 manat vəsait ayrılıb. Məbləğin 416 min 83 manatı "ASCO Arena" və oradakı akademiyaya sərf olunub. Bundan başqa AFFA ölkənin müxtəlif bölgələrində 100-dən çox süni örtüklü meydança quraşdırılıb və yenilərinin də salınma prosesi daimi davam etdirilir.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

Facebookdan bizi izləməyi unutmayın.
X