12:08 29.10.2019 1659

Təhsillə idmanı birləşdirən körpü: Bölgələrdə uşaq futbolu necə inkişaf etdirilir? - ARAŞDIRMA

AFFA və Təhsil Nazirliyi arasındakı əməkdaşlıq müqaviləsi çərçivəsində həyata keçirilən "Məktəblərdə futbol dərsi” layihəsinə daha 10 təhsil ocağı cəlb olunub.

AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Cahangir Həsənzadə bildirib ki, layihədə iştirak edəcək məktəblərin sayı ilbəil artırılacaq. Onun sözlərinə görə, "Məktəblərdə futbol dərsi” layihəsi hazırda 45 təhsil ocağında tətbiq olunur: "Bu məktəblərdən 19-u Bakıdadır. Layihəyə ölkənin daha 18 şəhər və rayonunda - Xırdalan, Sumqayıt, Gəncə, Lənkəran, Masallı, Quba, İmişli, Ağcabədi, Qax, Tovuz, Bərdə, Füzuli, Cəbrayıl, Zaqatala, Şəki, Beyləqan, Qusar və İsmayıllıda yerləşən məktəblər cəlb ediliblər. Məktəblərin sayı ilbəil artır. Məsələn, ötən mövsümlə müqayisədə say 35-dən 45-ə çatdırılıb. "Məktəblərdə futbol dərsi” olduqca faydalıdır. Bu layihə AFFA-nın ayırdığı vəsait, Təhsil Nazirliyi ilə birgə səmərəli işin nəticəsində ərsəyə gəlib və davam etdirilir”.



Orta məktəb şagirdlərinin sağlam həyat tərzinə yönləndirilməsi, futbolun kütləviliyinin artırılması və yüksək səviyyəli oyunçuların hazırlanması bu layihənin prioritet istiqamətlərindəndir. Departament rəhbərinin sözlərinə görə, uşaq və yeniyetmələrin sağlam həyat tərzinə istiqamətləndirilməsi, futbolun kütləviliyinin artırılması baxımından bu layihə mühüm əhəmiyyət kəsb edir: "Məqsədimiz futbolu məktəblilər arasında daha da populyarlaşdırmaqdır. Təəssüf ki, bəzi məktəblərdə idman dərsləri zamanı futbol oynamırlar. Hərçənd, bunun təşkili çox asan başa gəlir. Yəni, 1 top olsa, bəs edir. Layihə çərçivəsində bu boşluğu aradan qaldırmaq istəyirik. Bura V, VI və VII siniflərdə oxuyan şagirdlər cəlb olunublar. Hər sinfin həftə ərzində 2 idman dərsi olur və onlardan biri futbola həsr edilir. AFFA məktəblərdə futbolun tədrisi üçün xüsusi vəsait çap edib və müəllimlərə paylayıb. Dərslikdə məşqi necə tərtib etməyin qayda və yolları, fərqli şən oyunlar və s. əksini tapıb. Sözügedən vəsait müəllimlərin işə daha peşəkar yanaşmalarına kömək edir”.

C.Həsənzadə layihə üçün məktəblərin hansı prinsiplər əsasında seçilməsinə də aydınlıq gətirib: "Bu məktəbi seçərkən Təhsil Nazirliyi ilə məsləhətləşirik. Çünki futbol dərsinin tədrisi üçün məktəbdə şərait, infrastruktur olmalıdır. Bu işdə Təhsil Nazirliyinin dəstəyi bizim üçün çox önəmlidir”.
 


Proqramın tətbiq edildiyi ilk illərdə AFFA orta məktəblərə məşqçilər təyin etsə də, hazırda vəziyyət dəyişib. Milli assosiasiya orta məktəblərdə çalışan bədən tərbiyəsi müəllimlərinin futbol biliyinin artırılması məqsədi ilə "D” kateqoriyalı məşqçi kursu təşkil edir.

Kütləvi Futbol Departamentinin rəhbəri bildirib ki, artıq AFFA tərəfindən orta məktəblərdə futbol dərsinin tədrisi üçün məşqçi təyin etməyə ehtiyac qalmayıb. C.Həsənzadənin sözlərinə görə, layihə çərçivəsində AFFA orta məktəblərə forma, top və digər inventarlar verir. O, geyim və inventarların hər il yeniləndiyini vurğulayıb.

Tədris ilinin sonunda əvvəlcə bölgələr üzrə yarış keçirilir və qaliblər Bakıda baş tutan final mərhələsinə vəsiqə qazanırlar. C.Həsənzadə bildirib ki, ötən mövsümün final mərhələsi zamanı 4-5 oyunçu Premyer Liqa klublarına cəlb olunub.

UEFA-nın İcraiyyə Komitəsinin ötən ay Sloveniyanın paytaxtı Lyublyanadakı iclasında qəbul olunan qərara əsasən, layihə 2020-2024-cü illərdə Avropa futbol qurumuna üz olan bütün ölkələrdə tətbiq olunacaq. Üstəlik, futbolun kütləviləşdirilməsinə xidmət edən layihə üçün UEFA-ya üzv olan 55 milli assosiasiyaya 4 il ərzində hər il 50 min avroya qədər vəsait ayrılacaq.

Qeyd edək ki, 2009-cu il oktyabrın 12-də Bakının Badamdar qəsəbəsində yerləşən 239 saylı orta məktəbdə AFFA ilə Təhsil Nazirliyi arasındakı əməkdaşlıq müqaviləsi çərçivəsində "Məktəblərdə futbol dərsi” layihəsinə start verilib. Layihə Prezident İlham Əliyev tərəfindən imzalanmış "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq başlanılıb.



Hazırda UEFA-nın pilot layihəsi kimi Azərbaycandan əlavə, Albaniya, Gürcüstan, Şimali Makedoniya, Şimali İrlandiya və Rusiyada da həyata keçirilən layihə bu gün ölkədə Bakı ilə yanaşı, daha 18 şəhər və rayonu - Xırdalan, Sumqayıt, Gəncə, Lənkəran, Masallı, Quba, İmişli, Ağcabədi, Qax, Tovuz, Bərdə, Füzuli, Cəbrayıl, Zaqatala, Şəki, Beyləqan, Qusar və İsmayıllını əhatə edir. Hazırda 45 məktəbdə futbol dərsi tətbiq olunmaqdadır.

Orta məktəblərin sayı artıqca, layihəyə ayrılan maliyyə vəsaitinin məbləği də yüksəlir. Məsələn, 2017-ci ildə AFFA baş sponsor SOCAR da daxil olmaqla, digər mənbələrdən gələn vəsaitin 77,396 manatını "Məktəblərdə futbol dərsi” layihəsinə sərf edib. 2018-ci ildə isə bu məbləğ 2 dəfədən çox artaraq 169,307 manat təşkil edib. Ötən il layihədə 2925-i oğlan, 2365-i qız olmaqla, 5290 şagird iştirak edib.
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2025
01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

01:33

Benzemalı "Əl-İttihad" sona 2 tur qalmış çempion oldu

15 May 2025
23:57

Azərbaycanın U-18 millisi də B divizionunda yarışacaq

23:20

"Çelsi" baş məşqçisi ilə bağlı qərarını verdi

22:57

Yüksək Liqa: “Araz-Naxçıvan”la “Baku Fire”dən böyükhesablı qələbə

22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X