“Komandamızın Türkiyəyə təlim-məşq toplanışını gəlişini gözləyirəm. Onda baş məşqçimiz Qurban Qurbanovla heyətlə bağlı, o cümlədən Branimir Subaşiçin məsələsini müzakirə edəcəyik. Ancaq yəqin ki, hücumçu ilə müqaviləni uzatmayacağıq”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın direktoru Əmrah Çəlikəl deyib. Onun sözlərinə görə, “Qarabağ”ın müqaviləsini bitdiyi Branimir Subaşiçlə yeni müqavilə imzalanmamağının onun heyətində millinin son matçında uğursuz çıxışı ilə bağlılığı yoxdur: “Subaşiçi geri göndərməyimizin Lüksemburqla oyunda qırmızı vərəqə almağı ilə əlaqəsi yoxdur. Biri klub, digəri yığmadır. Qurbanovla son günlərdə danışığım olmayıb. İyunun 13-də Qızılcahamama gələndən sonra onunla gələcək planlarımızı müzakirə edəcəyik”.
“Qarabağ”ın millidəki digər üzvü Vaqif Cavadovun isə “İnter”ə keçdiyini nəzərə alsaq, hücum xəttində böyük boşluq yaranıb. Ancaq Çəlikəl Avropa Liqasının oyunlarına kimi bunu aradan qaldıra biləcəklərini düşünür: “Təbii ki, yeni transferlərimiz olacaq və əsas diqqəti hücum xəttinə yönəldəcəyik. İnanmıram ki, hücum xəttimizdə ciddi problemlər olsun. Bir neçə futbolçu ilə maraqlanırıq. Ön xəttə 2-3 transfer nəzərdə tutmuşuq. Yeni transferlərimiz Azərbaycanda oynamasa da, Azərbaycan üçün tanınmışlar olacaq. Vaqifə gəlincə, onunla müqaviləni pozmağımız qarşılıqlı razılıqla oldu. Yəni o, bunu istədi, biz də etiraz etmədik. Komandada qalmaq istəməyən futbolçunu saxlamağın nə mənası var ki?”.
Qeyd edək ki, “Qarabağ” iyunun 22-də və 27-də keçirəcək yoxlama oyunlarında İranın “Sepahan” və Rusiyanın “Mordoviya” klubları ilə qüvvəsini sınayacaq.
İdman24.az