16:28 31.10.2019 1891

Kamran Quliyevin biznes-projesi

Növbəti Azərbaycan derbisini sabah izləyəcəyik. "Neftçi" ilk 8 həftədə cəmi 2 xal itirən "Qarabağ"ı qəbul edəcək.

Birinci dövrədə ağdamlılara 0:2 hesabıyla uduzan paytaxt klubu aradakı xal fərqini 5-ə endirmək üçün meydana çıxacaq. Hər halda son günlər "ağ-qara" formalı futbolçuların iddialı açıqlamaları, sosial şəbəkə üzərindən paylaşımları bizə gərgin 90 dəqiqə izləyəcəyimizi vəd edir.

Belə bir matç üçün "Neftçi" başbilənlərinin verdiyi qərar düşündürücüdür: biletin qiymətini niyə 1-5 manat olaraq müəyyənləşdiriblər? Çox "yanlış" addım atıblar. Bu boyda Azərbaycan derbisi oynanılsın, ona da 1 manat qiymət qoy - olmaz belə! Heç olmaz!

Bildiyimizə görə, son vaxtlar "Neftçi"də müəyyən maliyyə problemləri baş qaldırıb. Maaş və mükafatların ödənilməsində gecikmələr var. Əvvəl "Neftçi" nə idi, iki aydan biri əməkhaqqı ödəmək nə idi, haqq-hesab vaxtlı-vaxtında olurdu. "Bney Yehuda" biabırçılığı"ndan sonra Mikayıl İsmayılovun beyini necə qızıbsa, sərt üzünü göstərmək zərurəti hiss edib və klubdakıları pul-parayla sınağa çəkmək istəyir. Düzdür, Çingiz Abdullayev patronu yola gətirməyə, daşı ətəyindən tökməyin vacibliyinə inandıra bilib, ancaq… "Val" hər an dəyişə bilər.

"Neftçi"nin imkansızlaşdığı bu aralar "1 manat da, 1 manatdır" yanaşması qətiyyən yerinə düşmür. Kamran Quliyev gərək belə etməzdi, kaş, ötən mövsüm qaldığı yerdən yoluna davam edərdi. Derbidir bu, onun qiyməti 50 manat da olmamalıdır heç. Azı, 100 manatdan başlamalıydı bilet satışı. 5 y əvvəl demirdilər ki, biz derbiyə təkcə oyun yox, həm də biznes gözüylə yanaşırıq? "Qarabağ"a 35 min manat dəyərində 750 bilet satmaqlarını bir bayram edirdilər ki… İki göz istəyirdi ki tamaşasına dursun.

Nə oldu bəs, o biznes-proje? Nə tez yaddan çıxdı? "Neftçi" azarkeşinin növbəti dəfə stadiona axışıb, sizi istefaya səsləyəcəyindən qorxduz, eləmi? Qorxu hissi yaman pis zaddır, Kamran Quliyev, gördüzmü? "Quyruq qapı arxasında qalanda" hər şey yaddan çıxır. Hətta siz və ətrafınızdakılar üçün bir nömrəli məqsəd olan havayı pul qazanmaq da! 

Mənbə: sportinfo.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2025
12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

01:33

Benzemalı "Əl-İttihad" sona 2 tur qalmış çempion oldu

15 May 2025
23:57

Azərbaycanın U-18 millisi də B divizionunda yarışacaq

23:20

"Çelsi" baş məşqçisi ilə bağlı qərarını verdi

22:57

Yüksək Liqa: “Araz-Naxçıvan”la “Baku Fire”dən böyükhesablı qələbə

22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

Facebookdan bizi izləməyi unutmayın.
X