"Qalatasaray"ın ulduzu Radamel Falkao İsanbulda yeni evə köçüb.
Fanat.Az "Takvim" qəzetinə istinadən xəbər verir ki, kolumbiyalı ulduz həyat yoldaşı Loreli Taronun istəyi ilə "Kemer Country"də yeni villa kirayələyib.
Falkao villanı tamamilə yenidən dekorasiya etdirib. Futbolçu təmir işlərinə 500 min lirə (təxminən 149 min manat) xərcləyib. Villanın aylıq kirayə haqqı 30 min lirədi (təxminən 9 min manat).
Fanat.Az