22:25 01.11.2019 1547

Qurban Qurbanov: "Aylton yoruldu, bu səbəbdən..."

"Çətin və maraqlı oyun alındı. Meydanda xeyli mübarizə gördük. Bir xal bizim üçün lazım idi.Birinci hissə bizim üçün fərqli keçsə də, ikinci hissədə bir qədər yorulduq. Bu da bir həftə ərzində 3 oyun keçirməyimizdən irəli gəlirdi. Bir neçə səhvimiz də buna görə idi. Rəqibin çox istəkli olacağını ardıcıl 4 oyunda qələbələr qazanmalarından bilirdim. Futbolçularım nəticə üçün əllərindən gələni etdilər".


Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Neftçi" ilə 0:0 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının X tur matçından sonra mətbuat konfransında deyib. 47 yaşlı mütəxəssis noyabrın 7-də Kiprdə APOEL-lə keçirəcəkləri Avropa Liqasının IV tur matçını düşünərək, çox güc sərf etmədiklərinə dair fikirlərlə razılaşmayıb: "Son 10 gündə 3-cü oyunumuz idi, istər-istəməz yorğunluq vardı. Lakin "Neftçi" də istəkli idi, qələbə qazanıb xal fərqini azaltmaq istəyirdilər. İkinci hissədə yorğunluq öz sözün dedi. Bu gün az güc sərf etmədik. Məğlub olmaq istəmirdik, oyuna ciddi hazırlaşmışdıq. Sadəcə, bəzi futbolçular, məsələn, Mahir Mədətov istədiyim oyunu sərgiləmədi, Aylton yoruldu. Bu səbəbdən, "Neftçi" onun cinahından hücumlar qurdu. Əvəzində biz Araz Abdullayevi sola çəkdik. Əvəzində bu mövsüm ikinci matçına çıxan Hacıağa Hacıyev ilk hissədə yaxşı oynadı, ikinci hissədə isə yorularaq top itkilərinə yol verdi. Belə bir oyunçunun meydanda olması mənə vacib idi".


 

Qurbanov "Neftçi" 8 xallıq fərqi aradan qaldıra bilərmi?" sualını isə belə cavablandırıb: "Rəqib ötən il bizdən irəli olduqları vaxt çempionluqdan əlimizi üzməmişdik. Bilirdik ki, xal itirə bilərlər. Elə də oldu. Yəni, çempionluq mübarizəsinin bitdiyini düşünməməliyik".

 

 

Baş məşqçi Xayme Romeronun sabahdan komanda ilə tam şəkildə məşqlərə başlayacağını bildirib. O, ispaniyalı yarımmüdafiəçinin APOEL ilə Kiprdəki Avropa Liqası matçında "18-lik"də yer alacağını bildirib. Baş məşqçi oyunun sonlarında əzələsini dartan Mahir Emrelinin zədəsi ciddi ola biləcəyini vurğulayıb. Qurbanov APOEL-in baş məşqçisi Tomas Dollun istefa verməsinə də münasibət bildirib: "İstefası qəbul olundumu? Xəbərim yoxdur. Dəyişiklik olanda, komanda daha yığcam olur. Bu barədə qəti düşünmürük. Əsas diqqəti öz hazırlığımıza yönəltmişik".

 

 

Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2025
12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

01:33

Benzemalı "Əl-İttihad" sona 2 tur qalmış çempion oldu

15 May 2025
23:57

Azərbaycanın U-18 millisi də B divizionunda yarışacaq

23:20

"Çelsi" baş məşqçisi ilə bağlı qərarını verdi

22:57

Yüksək Liqa: “Araz-Naxçıvan”la “Baku Fire”dən böyükhesablı qələbə

22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

Facebookdan bizi izləməyi unutmayın.
X