09:34 02.11.2019 1916

"Qarabağ"ın futbolçusu "O vaxt Mbappe bizimlə şəkil çəkdirmək istəyirdi, indi isə..."

"Qarabağ"ın futbolçusu Abdullah Zubir Azərabaycan Premyer Liqasının X turunda səfərdə "Neftçi" ilə heç-heçə etdikləri (0:0) matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.

- Rəqib çətin və güclü idi. Əvvəlcədən demək olmaz ki, "Qarabağ" istənilən oyunda çıxıb, qələbə qazancaq. Düzdür, birinci hissədə fərqli oynadıq. Qol vurmaq şanslarımız da var idi. Amma ikinci hissədə daha çox müdafiə olunduq. Xeyli güc sərf etdik. Necə ki biz onları udmaq istəyirdik, onlar da bizə qalib gəlmək istəyirdilər.  Nəticə də bunu göstərir.

- Avroliqa oyunları da daxil, son  4 qarşılaşmanı nəzərə alsaq, komanda cəmi 1 qələbə qazanıb.  Matçlar daha gərgin keçir - APOEL-lə 2:2, "Qəbələ" ilə 1:1. Yalnız "Səbail"lə matçda qalib gəlmisiniz.  Əvvəlki "Qarabağ"ı, 7 oyuna 7 qələbə qazanan komandanı görə bilmirik.
- Heç bir şey baş verməyib. Biz ənənəvi oyunumuzu göstərməyə çalışırıq. Amma siz də nəzərə almalısınız ki, rəqiblərimiz asan rəqiblər deyil. Hər oyunu qələbə ilə bitirmək mümkün deyil.

- Qarşıda APOEL-lə görüşünüz var. Bu komanda ilə Nikosiyada oynadığınız matçda çox yaxşı çıxış etmişdiniz. Amma sonrakı oyunlarda, xüsusilə, 2:2 hesablı heç-heçə etdiyiniz görüşdə sizə sanki çox diqqət edirdilər, öz oyununuzu göstərə bilmirdiniz. APOEL-ə qarşı birinci oyundakı Zubiri görə bilərik?
- Özünüz də qeyd etdiniz ki, ilk matçda yaxşı çıxış etmişdim. Dediyiniz kimi, yəqin ki, onlar bizim oyunumuzu analiz ediblər. Hər dəfə onlara qarşı daha çətindir. Çünki qapanırlar, boşluq buraxmırlar. Ona görə də bacardığımızı göstərmək bizə də çətin olur.

- APOEL-lə oyun həlledici olacaq. Məğlubiyyət hər şeyin sonu ola bilər. Bir xal isə daha yaxşı olar. Bu, bir az təzyiq yaradırmı?
- Azarkeşlərin, ölkənin bizdən gözləntilərini başa düşürük. Vacib qarşılaşmadır. Komandada kifayət qədər təcrübəli oyunçular var. Yəni bu cür matçlarda çox oynamışıq. Ona görə də çalışacağıq ki, əlimizdən gələni edib, yaxşı nəticə qazanaq.

- Fransanın Futzal millisində çıxış etdiyiniz vaxt çəkilən şəklinizdə qarşınızda balaca uşaq dayanıb. Hamı deyir ki, o, Kilian Mbappedir.
- Düzdür, orada akademiya vardı. Ölkənin ən istedadlı uşaqları  orada yığılırdılar. O vaxt gəlib, demişdilər ki, biz də millinin fanatıyıq, sizinlə şəkil çəkdirmək olar? İndi isə vəziyyət fərqlidir, biz onunla şəkil çəkdirmək istəyərik.

- İndi Mbappe sizi görsə tanıyar?
- Yox, o vaxt onun  12-13 yaşı olub.

Mənbə: qol.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

Facebookdan bizi izləməyi unutmayın.
X