Premyer Liqanın dünən keçirilən "Neftçi" - "Qarabağ" matçının 90+5-ci dəqiqəsində zədə alan Ağdam klubunun hücumçusu Mahir Emreli uzun müddətə sıradan çıxıb.
Fanat.Az qol.az-a istinadən xəbər verir ki, gənc futbolçu 4 həftə yaşıl meydanlardan uzaqda qalacaq.
Bu səbəbdən futbolçu Premyer Liqanın bir neçə oyunu ilə yanaşı, Avropa Liqasında APOEL və "Sevilya" ilə səfər matçlarını da buraxmaq məcburiyyətində qalacaq.
Fanat.Az