"Biz indi başımızı dik tutmalıyıq. Gələn 4-cü günü vacib oyunumuz var”.
Fanat.Az xəbər verir ki, bu sözləri APOEL-in baş məşqçisi Tomas Doll Cənubi Kipr çempionatında dünən AEK-ə qarşı oyunundan (0:0) sonra deyib.
Alman mütəxəssis "Qarabağ"la baş tutacaq oyunla bağlı danışıb: "Bu gün yaxşı oynadıq. Hamı mübarizə apardı. Amma nəticə pis oldu. Çox imkan yaratdıq. Gəlin, ədalətli olaq. Mən indi deyə bilmərəm ki, qarşıdakı matçda kimlər meydana çıxacaq. Ola bilər, artıq bu gecədən etibarən beynimdə növbəti oyunun hazırlığına başlayım”.
Fanat.Az