Ötən həftə ABŞ-da "The Washington Nationals" və "Houston Astros" klubları arasında keçirilən beyzbol matçında qalmaqallı hadisə baş vermişdi. Belə ki, iki "Instagram" fenomeni - Lauren Summer və Julia Roz beyzbolçu atış edərkən onu çaşdırmaq üçün sinələrini açmışdılar.
Görüntülərin sosial mediada yayılmasından sonra Beyzbol Liqasının rəşbərliyi hər iki xanımın ömürlük oyunlara daxil olmasını qadağan etmişdi.
Fanat.Az xəbər verir ki, Beyzbol Liqasının qərarından sonra Julia Roz daha bir qalmaqallı addım atıb. Belə ki, o, beyzbol arenasının qarşısına gələrək sinəsini açıb.
Bu fotosunu "Instagram" hesabında paylaşan model "National Park" stadionuna girişimə qadağa qoyulan zaman" şəhrini yazıb.
Onunla birlikdə stadiona girişi qadağan edilən Lauren Summer isə "National Park"ın kənarında çəkilmiş videosunu paylaşıb.
Qeyd edək ki, 25 yaşlı Julia Rozun "Instagram"da 3, 24 yaşlı Lauren Summerin 1.5 milyon izləyicisi var.
Fanat.Az