10:16 06.11.2019 1528

“Sabah” yeni sponsorla müqavilə bağladı - FOTOLAR

"Sabah” klubu ilə "Maxi.az” mağazalar şəbəkəsi arasında əməkdaşlıq və sponsorluq müqaviləsi bağlanıb.

Fanat.Az klubun saytına istinadən xəbər verir ki, "Sabah”ın akademiyasını əhatə edəcək əməkdaşlıq çərçivəsində "Maxi.az” ilə klub arasında uşaq futbolunun inkişafı, ölkədə futbolun kütləviləşməsi və bu oyuna marağın yaradılması istiqamətində birgə layihələrin həyata keçirilməsi də nəzərdə tutulub.

Bu il "Maxi.az” şirkəti müxtəlif sahələri əhatə edən sosial layihələrə başlayıb.

Bu layihələr kimsəsiz və yardıma möhtac uşaqların qayğısına qalmaq, sahibsiz heyvanlara yardım, xəstələrə könüllü donorluq, vətənpərvərlik hissinin gücləndirilməsi, həmçinin Vətən uğrunda fədəkarlıq etmiş qəhrəmanların təbliğini əhatə edib.

"Maxi.az” şirkətinin direktoru İlkin Qasımov "Sabah”la əməkdaşlığın "Maxi.az” komandasının bu istiqamətdə fəaliyyətinin məntiqi davamı olduğunu bildirib:

"Bu əməkdaşlıqda əsas diqqət uşaq futbol akademiyasına yönələcək. İdmanın istənilən sahəsində, həmçinin futbolda gənc kadrların hazırlanması ən mühüm məsələlərdən biridir. Hesab edirik ki, gənc kadrların hazırlanması ölkəni təmsil edən hər bir futbol klubunun gələcək müvəffəqiyyətlərinin təməlini təşkil edir. "Maxi.az” ölkə futbolunun inkişafına dəstək vermək, həmçinin böyük kütləni əhatə edən futbol vasitəsilə sosial layihələrini daha da genişləndirmək məqsədilə "Sabah” FK ilə əməkdaşlığa başlayır.”

"Sabah”ın prezidenti Maqsud Adıgözəlov isə uşaq futboluna edilən yatırımların əhəmiyyətindən bəhs edib: "Futbolun inkişafı uşaq futbolundan başlayır. "Sabah” da yarandığı ilk gündən uşaq futbolunun inkişafı üçün çalışıb. Bizim əsas missiyamız futbol akademiyamızı müasir standartlara uyğun hala gətirmək və gələcəkdə ölkə futboluna yeni istedadlar bəxş etməkdir. Bir müddət öncə Xorvatiyanın ən böyük futbol akademiyasına malik, dünya futboluna bir çox istedadlar bəxş etmiş "Dinamo Zaqreb”lə əməkdaşlıq müqaviləsinin bağlanması da məhz bu məqsəd uğrunda atılmış növbəti addımdır. Müasir dövrdə futbolun inkişafı sponsorlar olmadan mümkün deyil. Hazırda "Sabah” öz sahəsində tanınmış bir neçə şirkətlə əməkdaşlıq edir. Artıq bu tərəfdaşlarımızın arasına yeni biri də əlavə olunur. İnanıram ki, bu əməkdaşlıq ölkədə uşaq futbolunun inkişafında yeni təkan olacaq. Bu yolda bizə dəstək olan "Maxi.az”-a öz təşəkkürümüzü bildiririk.”

Qeyd edək ki, müqavilənin müddəti 2019/20-ci il futbol mövsümünü əhatə edəcək.

Fanat.Az 
 






Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:33

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

Facebookdan bizi izləməyi unutmayın.
X