16:34 06.11.2019 1347

İqor Ponomaryov: "Komandada özünəinam yaranıb"

"Sabah"ın baş məşqçisi İqor Ponomaryovun müsahibəsini təqdim edirik.

- "Sabah” Premyer Liqanın 10-cu turunda səfərdə "Qəbələ”yə qalib gəldi. Matçla bağlı fikirlərinizi bilmək istərdik.
- "Qəbələ”nin evdə necə oynadığını bilirdik. Ona görə də hər şeyə hazır idik. Rəqibin pressinq edəcəyini gözləyirdik. Düzü, topa yiyələnməyə və oyuna diqtə etməyə daha tez sahib çıxa bilərdik. Bunun üzərində işləyəcəyik.

- Komandanız fasiləyə məğlub yollanmışdı. Amma ikinci yarıda iki qol vuraraq qalib gəldiniz. Maraqlıdır, fasilədə uşaqlara nə dediz?
- Xüsusi bir şey yoxdur. Uşaqlar başa düşdü ki, hələ heç nə itirilməyib. Qalib gəlmək üçün hələ 45 dəqiqə vaxtlarının olduğunu anlayırdılar. Döyüşkən ruhu itirmədiklərinə, əksinə, daha aktiv oynadıqlarına görə uşaqlara təşəkkür edirəm.

- "Sabah”ın bu qələbə sayəsində "qara zolaq”dan çıxdığını demək olar?
- Əslində həmin "qara zolaq” beş tur öncə bitdi. Biz beş turda 8 xal toplamışıq. Uşaqlarda özlərinəinam yaranıb, bütün komanda yaxşı durumdadır. Onlar təslim olmurlar, hər oyunda qələbə üçün sona qədər mübarizə aparırlar.

- Növbəti turdakı rəqibiniz "Sumqayıt”dır. Bu turu da qələbə ilə başa vura biləcəksiniz?
- Elə "Qəbələ” ilə görüşdən sonra psixoloji olaraq "Sumqayıt”la oyuna hazırlaşmağa başladıq. Fiziki mənada isə məşqlərimiz dünəndən başlayıb. "Sumqayıt”la görüşə də bundan əvvəlki oyunlara hazırlaşdığımız kimi hazırlaşırıq. Yəni, adi qaydada.

- 11-ci turdan sonra çempionatda iki həftəlik fasilə yaranacaq. Komanda qələbə qazanmağa başlamışkən bu fasilənin sizə necə təsiri olacaq?
- Bizim əsas millidə üç, gənclər yığmasında isə iki oyunçumuz çıxış edir. Bu fasilənin komanda üçün müsbət olacağını demək, çətindir. Digər tərəfdən isə millidə oyunçularımızın oynaması klub üçün fəxr olunası məsələdir. Onlar "Sabah”ı təmsil edirlər. Müsbət tərəf odur ki, zədəli oyunçularımız öz zədələrini sağalda bilərlər.

- Ehtimal var ki, mövsüm sonuna kimi baş məşqçi vəzifəsində qalasınız, yoxsa yeni baş məşqçi gələcək?
- Şərh vermək istəmirəm.

- "Qarabağ”ı çıxmaq şərtilə demək olar ki, bütün komandaların şansları eynidir. Alınacaq ardıcıl 2-3 qələbə ilə liderlər qrupuna düşmək mümkündür. "Sabah” bu cür şansdan istifadə edə biləcək?
- Biz bu yöndə çalışırıq. Həm oyunumuzu yaxşılaşdırmaq, həm də daha çox xal qazanmaq, yuxarı pillələrə yüksəlmək yönündə çalışmalarımız davam edir. 

Mənbə: Sportinfo.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2025
20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

01:33

Benzemalı "Əl-İttihad" sona 2 tur qalmış çempion oldu

15 May 2025
23:57

Azərbaycanın U-18 millisi də B divizionunda yarışacaq

23:20

"Çelsi" baş məşqçisi ilə bağlı qərarını verdi

22:57

Yüksək Liqa: “Araz-Naxçıvan”la “Baku Fire”dən böyükhesablı qələbə

22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

Facebookdan bizi izləməyi unutmayın.
X