Cənubi Kiprin APOEL klubunun futbolçusu Linus Hallenius "Qarabağ"a qarşı keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin IV tur matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.
Fanat.Az xəbər verir ki, 30 yaşlı hücumçu 3 xal qazanmaq istədiklərini bildirib. İsveçli oyunçu Bakıda vurduğu qol barədə də danışıb:
"Eyni komanda ilə tez-tez oynamaq adi hal deyil. Matçlarda üç fərqli nəticələr əldə etdik. Çətin bir qarşılaşma olacağını bilirik. "Qarabağ"ın necə oynadığını və necə oynamaq istədiyini bilirik. Meydanda olduğum zaman qol vurmaq istəyirəm. Bu, hər bir hücumçunun işidi. Kimin nə qədər qol vurmasından asılı olmayaraq, qələbə qazanmaq istəyirik".
Qeyd edək ki, noyabrın 7-də Nikosiyada keçiriləcək matç Bakı vaxtı ilə saat 21.55-də başlanacaq.
Fanat.Az