Maliyyə problemləri səbəbindən Türkiyənin PTT 1-ci liqa təmsilçisi “Kahramanmaraşspor”dan ayrılan Fərid Quliyev karyerasını yenə qardaş ölkədə davam etdirəcək. Fanat.az xəbər verir ki, Azərbaycan çempionatının bombardiri olmuş futbolçu elə həmin liqada yarışan “Mersin İdman Yurdu” ilə ilkin razılıq əldə edib.
Bu barədə oyunçunun özü məlumat verib. Fərid bildirib ki, bir neçə variant arasında ən realı “Mersin İdman Yurdu”du.
Məlumat üçün deyək ki, Fərid Azərbaycanda “Bakı”, “Qarabağ”, “Neftçi”, “Standard” və “Turan” kimi klubların uğurları üçün çalışıb.
futbol11.az