Bu gün Avropa Liqasının qrup mərhələsinin IV turunda APOEL-in qonağı olacaq "Qarabağ” klubunun nümayəndə heyəti meydan sahiblərinin muzeyinə baş çəkiblər.
Fanat.Az xəbər verir ki, Cənubi Kipr təmsilçisinin prezidenti Prodromos Petrides "Qarabağ"ın İdarə Heyətinin üzvü Fevzihan Aras, klubun direktoru Əmrah Çəlikəl, baş meneceri Asif Əsgərov və mətbuat katibi Nurlan İbrahimov üçün ekskursiya təşkil edib. Maraqlıdı ki, muzey yeni açıldığından, "Qarabağ” oranı ziyarət edən ilk xarici klub olub.
Qeyd edək ki, bu gün keçiriləcək APOEL – "Qarabağ” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.
Fanat.Az