"Barcelona" rəhbərinin köməkçisi Josep Bartomeu Cesc Fabreqasın klubdakı gələcəyi haqda açıqlamlar verib.
İdman24.az dünya mətbuatına istinadən xəbər verir ki, yayılan xəbərlərdə ulduzun Premyer Liqaya qayıdacağı qeyd olunurdu.
Mövzu ilə əlaqədar açıqlama verən Bartomeu Fabreqasın yay aylarında klubdan getmək üçün icazə ala biləcəyini söylədi: "Özü getmək istərsə, bunu bizə deyə bilər".
Fabreqasın adı son dövrlərdə "Mançester Yunayted"lə hallanırdı.
İdman24.az