Avropa Liqasının qrup mərhələsinin IV turunda APOEL-in qonağı olan "Qarabağ" itki ilə üzləşib.
Fanat.Az xəbər verir ki, komandanın aparıcı futbolçularından olan Dani Kintana sıradan çıxıb. Qarşılaşmanın 14-cü dəqəqəsində zədələnən ispan futbolçuya həkimlər müdaxilə edib. Lakin Kintana oyunu davam etdirə bilməyib və baş məşqçi Qurban Qurbanov 16-cı dəqiqədə onu Maqaye Qeye ilə əvəzləyib.
Qeyd edək ki, Nikosiyakı "GSP Arena”da keçirilən oyunun ilk yarısı davam edir və "Qarabağ" hesabda öndədi - 1:0. Yeganə qola 10-cu dəqiqədə künc zərbəsindən sonra Maksim Medvedev imza atıb.
Fanat.Az