"Çox sevinirəm ki, ilk yarıda geridə olduğumuz halda, ikinci hissədə dönüş edə bildik".
Cənubi Kipr APOEL-inin baş məşqçisi Tomas Doll Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində "Qarabağ"a qalib gəldikləri oyunla (2:1) bağlı fikirlərini bildirib.
Fanat.Az xəbər verir ki, alman mütəxəssis komandaya gəlişindən sonra Azərbaycan çempionlarına heç vaxt uduzmadıqlarını deyib:
"Bura gəldiyim vaxt komandam Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk görüşündə 1:2 hesabı ilə uduzmuşdu. İndi isə bizim 2 qələbə, 1 heç-heçəmiz var. Daha yaxşı oynamağı bilirik. Bu dəfə də 0:1 hesabı ilə geridə olduqdan sonra ayıldıq. Daha yaxşı oynamağı bacarırıq. Amma gəlin, yaxşı şeylərdən danışaq. Dortmund "Borussiya"sı da Çempionlar Liqasında "İnter"lə görüşdə 0:2 hesabı ilə uduzarkən, dönüş etdi. Futbolçularıma görə şadam.
Qrupun çox çətin oyunundan üzüağ çıxdıq. Futbolçuların ürəklə çıxış etməsi məni sevindirdi. Onlar mənim ayaqlarım arasında hava şarları ilə oynadılar. Son matçlarda futbolçularım özlərini daha özünəinamlı hiss edirlər. Bunlar cəsarətli oyundan xəbər verir. Futbolçularımın son dəqiqələrdəki performansından razıyam. Habelə, gözəl qapıçımız var idi. İlk yarıdan sonra fasilə zamanı futbolçular necə vicdanlı olduqlarını göstərdilər. Birinci hissə bizim üçün pis keçmişdi. Çoxlu top itkisinə yol vermişdik. Amma sonradan doğru qərarlar verdik. Çətin yolumuz olsa da, biz doğru yoldayıq. Komandanı addım-addım doğru yola yönəldirik.
Futbolda bəzən qələbə qazana bilirsən, bəzən isə şanslı deyilsən. Biz Kipri Avropda təmsil edən yeganə komandayıq, dəstək olun. Uşaqların son dəqiqələrdə etdiklərindən razıyam. Bunlar cəsarətli oyundan xəbər verir. Çətin yolumuz olsa da, biz doğru yoldayıq. Komandanı addım-addım doğru yola yönəldirik. Hər kəs komanda üçün önəmlidi".
Fanat.Az