"Neftçi” Premyer Liqanın 11-ci turunda qarşılaşacağı "Keşlə” ilə matçın hazırlığına start verib.
Fanat.az xəbər verir ki, "Qarabağ”la oyundan (0:0) sonra iki günlük istirahətə buraxılan komanda dünən "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb. Məşqdə toplu çalışmalar və müxtəlif təmrinlər yerinə yetirilib. Hazırlıq bu gün iki məşqlə davam edəcək.
Noyabrın 9-u "ASCO Arena”da keçiriləcək "Keşlə” – "Neftçi” oyunu saat 17:00-da başlanacaq.
Fanat.az