Rusiya Premyer Liqasında növbəti turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi "Dinamo” "Rubin”in qonağı olub. Oyun Moskva klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Ramil 73-cü dəqiqədə Maksimilian Filipi əvəzləyib. Beləliklə, Şeydayev 35 gün sonra meydana çıxıb. O, sonuncu dəfə oktyabrın 5-də "Orenburq”la matçda forma geyinmişdi.
Fanat.Az