21:39 09.11.2019 1935

Slavik Alxasov: "Dabo kimdir ki, məni söhbətə çağırsın"

"Keşlə"nin futbolçusu Slavik Alxasov Azərbaycan Premyer Liqasının 11-ci turunda evdə "Neftçi"yə 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb%

- Gözlənilməz olmadı. Oyuna yaxşı köklənmişdik. "Neftçi"nin necə komanda olduğunu bilirdik. Onların həm səviyyəli legionerləri, həm də yaxşı  yerli futbolçuları var. Emin Mahmudovdan tutmuş, Rəhman Hacıyevə kimi, hamısı səviyyəli oyunçulardır. Bilirdik ki, çətin oyun olacaq.  Həftəboyu Tərlan müəllim bizi bu görüşə çox yaxşı kökləmişdi. Kim  çox istədi, o da qalib gəldi.

- Fasiləyə məğlub yollanmışdınız. Fasilədə nə dəyişdi? Tərlan Əhmədov göstəriş verdi, yoxsa özünüzdə inam yarandı?
- Birinci hissəyə pis başlamamışdıq. Çoxsaylı qol epizodlarımız oldu. Onlardan yararlana bilmədik. İlk hissənin sonuna az qalmış standart vəziyyətdən qol buraxdıq. Bilirdik ki, onların standart vəziyyətlərdən yaxşı istifadə edən, başla yaxşı zərbələr endirən futbolçuları var. İlk hissıni məğlub başa vurduq. Fasilədə Tərlan müəllim bizi ruhlandırdı. Həm də biz özümüzə inanırdıq ki, ikinci hissədə çıxıb, onları udacağıq. Biz orada yığışıb, dedik ki, birinci 45 dəqiqəni uduzmuşuq, amma ikinci hissədə qalib gələcəyik.

- Həm oyunun gedişində, həm də matçdan sonra Dabo ilə mübahisəniz oldu. Orada nə baş vermişdi? Deyəsən, sizi söhbəti aydınlaşdırmaq üçün çölə çağırırdı.
-  Xeyr. O kimdir ki, məni söhbətə çağırsın. Standart vəziyyətlərdə mən Dabo ilə oynamalı idim. O, çatmayanda əli ilə məni vururdu. Birinci dəfə heç nə demədim. İkinci dəfə əsəbləşdim. Hakimə bildirdim. Bu, qırmızı vərəqəlik vəziyyət idi. O, ingiliscə söyüş söydü. Mən də hirsləndim.

- Düşünmürsünüz ki, hesab 2:1 olanda "Neftçi" futbolçuları sizə qarşı daha da aqressivləşirdi. Hətta, məşqçilər arasında da mübahisə yaşanırdı. Belə görünür ki, sizin qələbəniz "Neftçi"nin futbolçularını  qıcıqlandırırdı.
- Onlar məğlub durumda idilər. Artıq müdafiəçiləri belə hücumda oynayırdılar.  Amma biz kollektiv şəkildə mübarizə apardıq. Qol buraxmadıq.

- Turnir cədvəlində ikinci pilləyə yüksəldiniz. Bu, qalıcı olacaq?  İddianızı ortaya qoydunuzmu?
- Komanda yığılanda bizə deyilib ki, sona kimi ilk 3-lükdə olaq. Şükürlər olsun ki, ikinci pillədəyik. Belə davam etmək istəyirik.

- Milli komandaya dəvət olunmursunuz. Yəqin ki, özünüzü hazır hiss edirsiniz. Hər matçda  oynayırsınız. Sizcə, dəvət olunmamağınızın səbəbi nədir
-  Yəqin, o məşqçilər elə bilirlər ki, mən tam hazır deyiləm. Mən özümü hazır hiss edirəm. Milli komandaya kömək etmək bizim borcumuzdur. Hər bir məşqçinin öz baxışı var. Çağırsa da, sağ olsun, çağırmasa da, sağ olsun. Biz sonadək milli komandamıza dəstək olacağıq. İnşallah növbəti toplanışlarda dəvət olunarıq. Amma mən hazıram, heç kimdən zəif deyiləm. (Qol.az)

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 İyun 2025
01:04

Klublararası dünya çempionatı: PSJ "Atletiko Madrid"i böyük hesabla yendi

15 İyun 2025
23:45

Azərbaycan millisi Gümüş Avropa Liqasında növbəti oyununu keçirdi

23:09

Avropa çempionatı: Azərbaycan güləşçiləri sonuncu gün bir dəst medal qazandılar

22:31

Mahir Emreli Super Liqadan aldığı 3 təklifi geri çevirdi

21:57

"Bayern Münhen"klublararası dünya çempionatına "qol yağışı" ilə başladı

21:20

İtaliya çempionu Ronaldunun komanda yoldaşına elçi düşdü

20:51

Bakıda "At gücü" yarışı keçiriləcək

20:33

Berezutski "Sabah"la vidalaşdı

20:17

Karateçilərimizdən 1 qızıl, 2 gümüz, 3 bürünc medal

19:50

İtaliya millisinin yeni baş məşqçisi bilindi - RƏSMİ

19:18

"Milan"ın əfsanəsi A Seriyasının debütantını çalışdıracaq

18:49

Ter Stegen Türkiyə yolunda - SON DURUM

18:03

Dünya Kuboku: Azərbaycan gimnastlarından uğurlu nəticə

17:20

"Nyukasl"ın vingeri İngiltərə nəhənginə keçməyə yaxındır

16:56

Qranit Caka Almaniyanı İtaliyaya dəyişməyə qərar verdi

16:10

Bekhem "Ser" rütbəsinə layiq görüldü

15:48

"Milan"ın sabiq kapitanı İstanbul nəhənglərindən hansını seçəcək?

15:21

Xabi Alonso "Real Madrid"də debüt təəssüratlarını bölüşdü

14:55

Hidayət Heydərov ilk görüşdə məğlub oldu

14:19

Azərbaycan badmintonçuları beynəlxalq turnirdə iki gümüş medal qazandılar

13:52

"Bayern Münhen"in hücumçusu Avroliqanın qalibi ilə anlaşdı - RƏSMİ

13:20

"Fərdi mükafatlar məni qətiyyən maraqlandırmır" - Enrike "Qızıl top"dan danışdı

12:50

Avropa Gümüş Liqası: Millimiz növbəti matçına çıxır

12:18

AFFA-da klub nümayəndələri ilə görüş keçirildi

11:49

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:13

Dünya çempionatı: Hidayət Heydərov və daha 2 cüdoçumuz mübarizəyə başlayır

10:45

Günün oyunları bu kanallarda - AFİŞA

10:07

Klublararası dünya çempionatı: PSJ "Atletiko Madrid"lə üz-üzə

09:40

İlkay Gündoğan "Mançester Siti"ni bu kluba dəyişir - Danışıqlar başladı

09:00

Messinin komandası "Əl-Əhli" ilə bacarmadı

08:30

Azərbaycanda Milli Qurtuluş Günüdür

14 İyun 2025
23:43

İngiltərə millisinin üzvü Fransa klubunda - RƏSMİ

23:22

Sloveniyalı bombardir Almaniya nəhənginə keçir

22:46

U-17 AÇ: Azərbaycanın sərbəst güləşçiləri 3 medalla başladılar

22:17

Xorvatiyadakı beynəlxalq təlim-məşq toplanışı yekunlaşdı

21:32

Rumıniya millisi Azərbaycan yığmasına set vermədi

21:05

Vasili Berezutski "Sabah"dan getdi - RƏSMİ

20:55

"Çelsi" onu heyətinə qata bilsə..." - Klod Makelele

20:23

Azərbaycanın daha iki güləşçisi AÇ-nin finalında

19:59

AFFA U-13 Liqasında çempion da bilindi, mükafatçılar da

Facebookdan bizi izləməyi unutmayın.
X