Bir müddət əvvəl Terri Murray adlı qadın qızı Klodaq Murrayın atasının UFC döyüşçüsü Konor Makqreqorun olduğunu iddia etmişdi.
Onun sözlərinə görə, irlandiyalı döyüşçü 2017-ci ildə Liverpula səfər edərkən görüşüblər və hamilə qalıb. Terri Murray hətta Makqreqorla fotosunu da sosial media hesabından paylaşmışdı.
Fanat.Az xəbər verir ki, artıq uşağın DNT testi keçirilib. Məlum olub ki, Klodaq Murray UFC döyüşçüsü Konor Makqreqorun övladı deyil.