İspaniya Super Kubokunun formatı və keçiriləcəyi yer dəyişdirilib.
Fanat.Az xəbər verir ki, futbol federasiyası 2019/20 mövsümündən etibarən yarışın qalibini "Final-Four" (4-lü final) sistemi ilə keçirmək qərarına gəlib. Yarışa La Liqanın son qalibi "Barselona", 2-3-cü pillələrin sahibləri - "Atletiko" və "Real", həmçinin "Kral Kuboku"nun finalçısı "Valensiya" qatılacaq.
Super Kubok uğrunda oyunlar 2020-ci ilin 8-9 yanvarında Səudiyyə Ərəbistanında keçiriləcək.
Fanat.Az