Azərbaycan Premyer Liqasının XI turunun "Qarabağ” – "Zirə” (1:1) oyunundan sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Zaur Həşimov heç-heçə haqda danışıb.
Fanat.Az xəbər verir ki, gənc çalışdırıcı belə başlayıb:
"Futbolçular yaxşı mübarizə apardı. "Qarabağ”dan xal almq qələbəyə bərabərdi. Komandada özgüvən gördüm. Matça yaxşı köklənmişdik. Əsasən də müdafiədə yaxşı oynadıq. Qol epizodlarımız da oldu. Onların birindən istifadə edə bildik. Yaxşı nəticə qazandıq”.
Mütəxəssis zədəlilərin çoxluğunu da vurğulayıb: "Zədəlilərimiz çoxdu. Elvin Camalov meydanda zədəli çıxmışdı. Tiqrudja, Xulyo zədəlidi. Fasilədə bir neçə futbolçumuz milliyə gedəcək. Ümid edirəm ki, sağlam qayıdacaqlar. Fasilə futbolçularımızın sağalması üçün yaxşı olacaq.
Fanat.Az