İngilətərə Premyer Liqasında XII turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, turun mərkəzi oyununda "Liverpul" "Mançester Siti"ni qəbul edib. Çempionluğa iddialı iki rəqibin görüşündə qol vurulub və "qırmızılar" 3:1 hesablı qələbə qazanıb.
"Liverpul"un heyətində Fabinyo, Məhəmməd Salah və Sadio Mane fərqlənib. "Mançester Siti"nin yeganə qoluna isə Bernardo Silva imza atıb.
Qeyd edək ki, "Liverpul" 12 turdan sonra 34 xalla turnir cədvəlinə başçılıq edir. 2-3-cü pillələri tutan "Lester" və "Çelsi"nin 26, 4-cü yerdə qərarlaşan "Mançester Siti"nin 25 xalı var.
Fanat.Az