Almaniya Bundesliqasının XI turunda keçirilən "Frayburq” - "Ayntraxt” (1:0) matçında dava düşüb.
Fanat.Az xəbər verir ki, qarşılaşmanın 90+5-ci dəqiqəsində qonaq komandanın üzvü David Abraham meydan sahiblərinin baş məşqçisi Kristian Ştrayxı itələyərək yerə yıxıb. Bundan sonra iki komandanın futbolçuları arasında dava düşüb.
Hakimlərin müdaxiləsindən sonra kütləvi davanın qarşısı alınıb. Referi David Abrahamı meydandan qovub.
Fanat.Az