"Azercell" şirkəti AFFA ilə sponsorluq müqaviləsini uzatmaqdan imtina edib. Fanat.az xəbər verir ki, bu haqda şirkətin rəhbəri Kirill Qaburiç məlumat verib.
O bildirib ki, Azərbaycan milli komandasına və U-17 liqasına sponsorluğu nəzərdə tutulan yeni anlaşma imzalanmayacaq. Səbəb kimi artıq digər idman növlərinə də investisiya yatırmaq istədiklərini göstərib.
Qaburiç yerli klublardan hər hansı birinə sponsorluq variantını da istisna edib.
Fanat.az