“Qəbələ” daha bir futbolçu ilə yolları ayırıb. Apasport.az saytının məlumatına görə, braziliyalı sol cinah müdafiəçisi Daniel Kruzla başa çatan müqavilənin yenilənməməsi qərara alınıb.
O, “Qəbələ”yə 2 il əvvəl, Toni Adamsın baş məşqçiliyi dövründə gəlmişdi. Portuqaliyanın “Naval” klubundan transfer olunan 31 yaşlı futbolçu cari mövsüm əsas heyətdəki yerini xüsusən Kristian Pulhak qışda alındıqdan sonra itirmişdi. Təsadüfi deyil ki, müdafiəçi bu mövsüm 13 oyunda forma geyib.
Qeyd edək ki, “Qəbələ” Danielə qədər Aleksandr Çertoqanov, Rəşad Abdullayev, Luka Jinko, Elnar Kərimov, Yaşar Abuzərov, Vurğun Hüseynov, Anar Nəzirov və Rövşən Əmiraslanovla əməkdaşlığı kəsmişdi. Klub İfeanyi Emeqhara ilə yollara davam etmək istəməsə də, nigeriyalı futbolçunun hələ 6 aylıq müqaviləsi qalıb.
İdman24.az